Şənbə, Yanvar 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edib

14/10/2021
Energetika naziri “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Bir sıra ölkələrin hökumət rəsmilərinin, beynəlxalq təşkilatlar və neft-qaz şirkətləri rəhbərlərinin, nüfuzlu tədqiqat və media nümayəndələrinin qatıldığı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.

Nazir “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” adlı sessiya üzrə müzakirələrdə iştirak edib. Sessiyada ənənəvi enerji daşıyıcılarının qlobal enerji balansında mövqeyi, mövcud enerji infrastrukturunun yeni enerji mənbələrinə uyğunlaşdırılması, reallaşdırılmaqda olan neft-qaz layihələrinin potensialının enerjiyə olan tələbatın ödənilməsi üçün yetərliliyi, karbohidrogen mənşəli enerji daşıyıcılarından istifadə ilə enerji keçidinin mümkünlüyü və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

P.Şahbazov qazın enerji keçidindəki tənzimləyici roluna dair suala cavab olaraq bildirib ki, hazırda ekoloji cəhətdən ən təmiz karbohidrogen yanacaq növü hesab olunan qaz sənayesinə investisiyaların azaldılması gələcəkdə ekologiyaya mənfi təsiri daha çox olan enerji daşıyıcılarından istifadənin artırılmasına səbəb ola bilər. Bu baxımdan mövcud vəziyyətdə enerji keçidinə dair verilən qərarların ekoloji təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşma əsasında formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi istiqamətində qəbul edilmiş strateji qərarlar və görülən işlərə diqqət çəkən nazir, xüsusilə dənizdə külək enerjisinin inkişafı üzrə mövcud potensial barədə məlumat verib. İlkin olaraq 157 QVt həcmində qiymətləndirilən texniki potensialın gələcəkdə “yaşıl hidrogen” istehsalına yönəldilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.

Energetika naziri “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər müzakirə olunub. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb. Bərpa olunan enerji sahəsində mövcud olan siyasət və həyata keçirilən strateji layihələr haqqında danışılıb. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb, hər iki ölkədə bu istiqamətdə real addımların atıldığı qeyd edilib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səudla keçirilən görüşdə isə “OPEC plus” razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, “OPEC plus” ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib. P.Şahbazov həmkarını yaxın gələcəkdə keçirilməsi planlaşdırılan 240 MVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmək məqsədilə Azərbaycana dəvət edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, “yaşıl enerji” sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.

Tags: Pərviz ŞahbazovRusiya Enerji Həftəsi

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.