Şənbə, Yanvar 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azərişıq”: “Elektrik enerjisi üzrə aztəminatlı ailələr üçün güzəştli tarif siyasəti qorunub saxlanılıb”

16/10/2021
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“2021-ci ilin əvvəlindən pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan da elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsinə gedildi”.

Bu barədə “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli “Report”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının əslində tədricən azalması nəzərdə tutulub: “Bununla da büdcədən vəsait sosial yönümlü tədbirlərə yönləndiriləcək”.

V. Nəbibəyli hesab edir ki, digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalı üçün əlverişli imkanlar yaradacaq: “Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyyatı, qaz əsaslı enerji istehlakı azalar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər”.

“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərinin tənzimlənməsi zərurəti yaranıb. Elerktik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hal-hazırda da qoruyub saxlamış olur. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək. Yəni 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib.

Ayrıca qeyri-əhali abonentləri iki kateqoriya ayrılıb: ticarət və xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”.

V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə tarif qiymətlərinin artırılması qaçınılmaz idi:

“Ümumiyyətlə elektrik enerjisi üzrə mövcud tariflər 1 dekabr 2016-cı il tarixindən tətbiq olunub. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçınılmaz bir addım idi. Azərbaycanın istilik elektrik stansiyalarında eletkrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 %-dən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. “Azərenerji” ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı”.

Tags: Azərişıq

Eyni kateqoriyadan Digər materiallar

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib
Azərbaycan

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib

06/01/2023
Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub
Azərbaycan

Şamaxıda iki kəndin elektrik şəbəkəsi yenidən qurulub

23/11/2022
“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub
Azərbaycan

“Azərişıq” 11 milyon manatlıq 4 tenderə yekun vurub

03/10/2022
“Azərişıq” Qarabağdakı abonentlərinin sayını açıqlayıb
Azərbaycan

“Azərişıq” Qarabağdakı abonentlərinin sayını açıqlayıb

27/07/2022
“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib
Azərbaycan

“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib

17/03/2022
“Azərişıq” Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır
Azərbaycan

“Azərişıq” Zəngilan aeroportunu enerji ilə təmin etməyə hazırlaşır

01/03/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.