Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda elektrik enerjisinə mənbə sertifikatı veriləcək

01/10/2021
Azərbaycanda elektrik enerjisinə mənbə sertifikatı veriləcək
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumların iştirakı ilə videokonfrans formatında kollegiya iclası keçirilib

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, iclasda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlardan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.

İclası açan kollegiya sədri P.Şahbazov energetika sektorunun inkişafı, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Prezident İlham Əliyevin mühüm vəzifələr irəli sürdüyünü bildirib, bu istiqamətdə müəyyən olunmuş vəzifələrin icrasına diqqət çəkib. İclasın gündəliyinə bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində qəbul edilmiş iki yeni qanunvericilik aktının tətbiqi barədə Prezidentin və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası üzrə görülmüş işlərin müzakirəsinin daxil edildiyi bildirilib. O, qeyd edib ki, Energetika Nazirliyinin müvafiq əmrləri ilə verilmiş bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə iki tədbirlər planı təsdiq edilib və ümumilikdə 21 işçi qrupu yaradılıb.

Sonra Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun və digər həmməruzəçilərin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində görülmüş tədbirlərə dair məruzələri dinlənilib. O, bildirib ki, bu istiqamətdə 16 işçi qrupu yaradılıb, 13 qaydanın hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən Enerji effektivliyi fondunun yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.

İclasda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanmasının cari vəziyyəti haqqında məlumat verən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bu istiqamətdə tədbirlər planının icrası məqsədilə 5 işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələri ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi və aktiv istehlakçıların dəstəklənməsi mexanizminin tətbiqinə dair qaydaların layihələrinin beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsinin və bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş elektrik enerjisinə mənbə sertifikatının verilməsi qaydasının hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Kollegiya iclasında, həmçinin ölkə qanunlarının, Prezident aktlarının, Nazirlər Kabinetinin və Energetika Nazirliyinin normativ hüquqi aktlarının yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması istiqamətində atılmış addımlar haqqında məlumat verilib.

İclasın sonunda P.Şahbazov görüləcək işlər və qarşıda duran vəzifələrin icrası, sənədlərin icra vəziyyətinin və müddətinin nəzarətdə saxlanılması, icra intizamına riayət edilməsi ilə bağlı nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.

Tags: AzərbaycanElektrik enerjisiPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.