Çərşənbə axşamı, Yanvar 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan “Lukoil” ilə alternativ enerji sahəsindəki layihələri müzakirə edir

14/10/2021
Azərbaycan “Lukoil” ilə alternativ enerji sahəsindəki layihələri müzakirə edir

{"source":"other","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1634208206899","origin":"gallery","fte_sources":[],"subsource":"done_button","used_premium_tools":false,"used_sources":"{"sources":[],"version":1}","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1634208206908","premium_sources":[],"is_remix":false}

7
BAXIŞ
Share on FacebookShare on Twitter

Rusiyanın “Lukoil” neft şirkəti təkcə Azərbaycandakı neft və qaz yataqları ilə maraqlanmır, alternativ enerji sahəsindəki layihələri də müzakirə olunur.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Pərviz Şahbazov

“Lukoil” bizim uzunmüddətli tərəfdaşımızdır, biz sıx əməkdaşlıq edirik. “Şahdəniz” bizim ilk layihəmiz deyil. “Lukoil” bu gün yalnız neft və qaz yataqlarına deyil, alternativ enerjiyə də maraq göstərir. Biz məsləhətləşirik, işləyirik”, – deyə nazir bildirib.

Xatırladaq ki, bu günlərdə “Lukoil” neft şirkəti Xəzərdəki “Şahdəniz” qaz layihəsində “Petronas” şirkətinə məxsus 15,5 %-lik payı 2,25 milyard ABŞ dollarına satın alıb.

Bununla da “Lukoil”in layihədəki payı 10 %-dən 25,5 %-ədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), “SGC Upstream” (6,7 %), “Lukoil” (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Bundan başqa, “Lukoil” şirkəti Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” yatağının kəşfiyyatı və işlənməsi layihəsinə qoşulmaq üçün danışıqlar aparır və yatağın operatoru olmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Tags: LUKoilPərviz ŞahbazovRusiya Enerji Həftəsi

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.