Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov Dubayda “Gastech 2021” sərgi və konfransında iştirak edib

22/09/2021
Pərviz Şahbazov Dubayda “Gastech 2021” sərgi və konfransında iştirak edib
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin dəvəti ilə ötən gün bu ölkənin Dubay şəhərində başlamış və sabah başa çatacaq, 300-dən çox yüksək vəzifəli şəxsin, o cümlədən siyasətçilər, iş adamları və ekspertlərin iştirak etdiyi “Gastech 2021” sərgi və konfransında iştirak edib.

“Report” nazirliyə istinadən xəbər verir ki, nazir “Hidrogen təchizatı zəncirinin sürətlə genişlənməsinə dəstək siyasəti” mövzusu üzrə nazirlər panelində çıxış edib. O, iqlim dəyişikliyinin dünyanın enerji keçidini təşviq edən reallıq olduğunu vurğulayıb, enerji təhlükəsizliyi və ekoloji təhlükəsizlik arasında balansa nail olmaq məqsədilə “yaşıl enerji”dən istifadənin təxirəsalınmadan genişləndirilməsinin vacibliyini qeyd edib, bildirib ki, enerji keçidi prosesinin effektivliyi enerji istehsalçıları və istehlakçıları arasında geniş dialoqu zəruri edir.

P. Şahbazov enerji keçidi prosesi ilə əlaqəli ölkəmizdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji sahəsində reallaşdırılan layihələr və perspektivlərdən də bəhs edib: “Ənənəvi enerji resurslarının ixracatçısı olan Azərbaycanın 2030-cu ilə qədər hədəfi elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır. Prezidenti İlham Əliyev u müddətdə “təmiz ətraf mühit”ə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilməyi sosial-iqtisadi inkişafın beş Milli Prioritetindən biri kimi müəyyənləşdirib ki, bu da ölkəmizin enerji keçidi ilə bağlı kursuna sadiq olduğunu göstərir”.

Azərbaycanda son dövrdə külək və günəş enerjisi üzrə aparıcı beynəlxalq şirkətlərlə investisiya və icra müqavilələrinin imzalandığı, eyni zamanda yaxın gələcəkdə bərpa olunan enerji hərraclarının keçirilməsinin planlaşdırıldığı da diqqətə çatdırılıb.

Tədbir çərçivəsində energetika naziri P. Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) “İlin təbii qaz, LNG və hidrogen layihəsi” nominasiyasında qalib olduğu “Gastech Awards 2021” mükafatlandırma mərasiminə də qatılıb.

Səfər zamanı bir sıra görüşlər də keçirilib. Azərbaycanın energetika naziri ilə BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui arasında baş tutan görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli səmərəli tərəfdaşlıq münasibətləri müzakirə edilib. Nazir “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsini Azərbaycanda işgüzar mühitə olan inamın göstəricisi kimi qiymətləndirib. BƏƏ-nin dayanıqlı və müasir enerji sahəsi üzrə ixtisaslaşmiş digər şirkətlərinin də bu ənənəni izləyərək Azərbaycanda müvafiq sahələrə investisiya yatıracaqlarına ümid etdiyini bildirib.

“ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və “Masdar”ın baş direktoru Mohamed Jameel Al Ramahi ilə keçirilən ikitərəfli görüşlərdə isə günəş və külək elektrik stansiyaları layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb.

Nazir, həmçinin Beynəlxalq Enerji Forumunun baş katibi Joseph McMonigle və Şri Lankanın energetika naziri Udaya Gammanpila ilə də görüşüb və CNN kanalına müsahibə verib. Neft və qaz sənayesinin gələcəyi, növbəti onillikdə enerji sektorunu formalaşdıran tendensiyalar, Azərbaycanda enerji keçidi təşəbbüsləri və digər mövzularla bağlı suallar cavablandırılıb.

“Gastech” sərgisində Dövlət Neft Şirkəti (SOCAR) də böyük stendlə təmsil olunub.

Təbii qaz, mayeləşdirilmiş təbii qaz, hidrogen və ümumilikdə enerji sənayesi üzrə qlobal miqyasda aparıcı tədbirlərdən biri olan “Gastech” sərgi və konfransı COVİD-19 pandemiyası başladıqdan sonra ötən dövr ərzində ilk dəfə olaraq dünya enerji sənayesi mütəxəssislərini bir araya toplayıb.

Tags: DubaykonfransPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Энергетическое видение Азербайджана в фокусе ежегодной Каспийской конференции SPE
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.