Cümə, İyun 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və “Technip Energies” şirkəti əməkdaşlıq sazişi imzalayıblar

15/07/2021
SOCAR və “Technip Energies” şirkəti əməkdaşlıq sazişi imzalayıblar
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində (“SOCAR Tower”), SOCAR və “Technip Energies” şirkəti arasında “Upstream Sektorunda Davamlı İstehsal üçün Əməkdaşlıq Sazişi” imzalanıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, saziş çərçivəsində dənizdə aparılan neft və qazçıxarma əməliyyatlarında enerji effektivliyinin artırılması, ümumi sahibkar xərclərinə qənaət, eləcə də karbon emissiyasının azaldılması istiqamətində dayanıqlı inkişaf imkanları araşdırılacaq, əlavə öhdəlik yaratmadan, dənizdə üzən külək elektrik stansiyasının tikilməsi və onun vasitəsi ilə neft-qazçıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları da dəyərləndiriləcək.

Hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Technip Italy S.p.A.” şirkətinin İdarə Heyətinin sədri Marco Villa imzalayıb. SOCAR-ın prezidenti deyib: “Enerji effektivliyinin artırılması bir çox enerji şirkətlərinin diqqət mərkəzindədir və SOCAR-ın strateji planlarında mühüm yer tutur. Texnologiyaların inkişaf trendlərinə uyğun olaraq, biz də artıq bu sahəyə qədəm qoyuruq. Məqsədimiz xərclərini azaltmaqla enerji effektivliyini artırmaq, SOCAR-da əməliyyatların dayanıqlığını təmin etməkdir.

“Technip Energies” dayanıqlı enerji sahəsində dəyərli təcrübə qazanmış bir şirkətdir. Biz indiyə qədər digər sahələrdə səmərəli əməkdaşlıq etmişik. Bu cəhətdən “Technip” İtaliya şirkətinin “Azərikimya” İstehsalat Birliyində neft-kimya kompleksinin modernizasiya layihəsində uğurlu fəaliyyətini xüsusi qeyd etmək olar. Ölkəmizdə yaşıl kimya, rəqəmsallaşma və dayanıqlı enerji inkişafı kimi nisbətən yeni sahələrə maraq göstərən tərəfdaş şirkət, əminəm ki, bu sahələrdə də müvəffəqiyyət qazana bilər”.

“Technip Energies”in rəhbəri deyib: “Yeni enerji mənbələrini inkişaf etdirməklə özünün dayanıqlı inkişaf məqsədlərinə sadiq olan SOCAR uzunmüddətli tərəfdaşımızdır və biz bu əməkdaşlıq ilə fəxr edirik. Əminəm ki, yeni sahədə əməkdaşlığımız aşağı karbonlu cəmiyyət hədəfinə daha tez nail olmağımıza xidmət edəcək”.

Xatırladaq ki, “Technip” şirkəti 2016-cı ildə “Azərikimya”nın modernizasiya layihəsi çərçivəsində başladığı fəaliyyətini bu il uğurla tamamlayıb. 60 ildən çox təcrübəsi olan “Technip Energies” şirkəti dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin ümumilikdə 15 min əməkdaşı var. Şirkət LNG (mayeləşdirilmiş qaz), hidrogen istehsalı, dayanıqlı (yaşıl) kimya, bioyanacaq, dekarbonizasiya və digər sahələrdə mühəndislik və tikinti xidmətlərini həyata keçirir.

Tags: SOCARTechnip Energies

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.