Şənbə, İyun 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və tərəfdaşları kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edir

29/07/2021
SOCAR və tərəfdaşları kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edir
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Dövlət Neft Şirkəti (SOCAR) strateji hədəflərindən biri olan rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi və bu sahədə yerli kadr potensialının inkişaf etdirilməsi məqsədilə 2021-ci ilin iyulundan 2022-ci ilin fevralına kimi kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə peşəkar kurslar təşkil edir.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR Midstream Sosial Sərmayə təşəbbüsləri çərçivəsində təşkil olunan kurslarda əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında 27 aprel 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi, data təhlili və kibertəhlükəsizlik sahəsi ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılması və potensialının aşkara çıxarılması, gənclər arasında bu sahələrə maraq və motivasiya yaradılması, onların karyera potensialının yüksəldilməsidir.

Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar dünya miqyasında internetdən istifadə tezliyi artmış, bu isə kiberhücumların intensivləşməsinə səbəb olub. Statistik məlumatlara görə, kiber təhlükə ilə daha çox dövlət qurumları, enerji şirkətləri, səhiyyə təsisatları, ali təhsil müəssisələri və kiçik biznes strukturları üzləşir. Bütün bu qlobal və yerli çağırışlar kibertəhlükəsizlik sisteminin və əlaqədar kadr potensialının gücləndirilməsinin iqtisadiyyatın rəqəmsal transformasiyası üçün əhəmiyyətini bir daha təsdiq edir.

Layihə çərçivəsində “Google” və IBM şirkətləri tərəfindən təklif olunan Sertifikat Proqramlarında iştirak etmək üçün müsabiqə yolu ilə ümumilikdə 150 nəfər (75 nəfər – GOOGLE DATA TƏHLİLİ Peşəkar Sertifikat Proqramı; 75 nəfər – IBM Kibertəhlükəsizlik Analitiki Peşəkar Sertifikat Proqramı üzrə) seçiləcək. İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. İlkin mərhələdə layihədə iştirak etmək istəyənlər CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidirlər. Təlimlərdə iştirak etmək istəyənlər bu keçid üzərindən müraciət edə bilərlər. Bu mərhələdə seçilən namizədlər imtahana dəvət ediləcək və onların ingilis dili və layihə proqramlarına uyğun təməl biliklərinin yoxlanılacaqdır. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak hüququ qazanacaqdır.

Tədrisin effektivliyi və iştirakçılara fərdi yanaşmanın təmin olunması məqsədilə təlimlər hər biri 15 nəfərlik 5 qrupda aparılacaq. Sertifikatlara layiq görülmək üçün iştirakçılar müvafiq olaraq 224 və 191 saatlıq tədris proqramlarını müvəffəqiyyətlə başa çatdırmalı və test imtahanlarında tələb olunan minimum balı toplamalıdırlar.

Layihəni Azərbaycanda fərdi və korporativ təlimlərin təşkili və təhsildə mentorluq sahəsində aparıcı təşkilatlardan olan Beynəlxalq Təlim və Layihə Mərkəzi icra edəcək.

Layihə SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10%), Cənub Qaz Dəhlizi şirkəti (6,67%), bp (28,83%), TPAO (19%), Petronas (15,5%), Lukoil (10%), NİCO (10%).

Namizədlər seçim prosesi və şərtləri ilə bağlı suallarla aşağıdakı ünvana müraciət edə bilərlər: [email protected]

Tags: kursSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.