Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Metanol zavodunu da dirçəltdi – zavod artıq tam gücü ilə işləyir

21/07/2021
SOCAR Metanol zavodunu da dirçəltdi – zavod artıq tam gücü ilə işləyir
20
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakının Qaradağ rayonunda yerləşən, Qafqazda yeganə Metanol Zavodu 5 ildir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəetməsindədir.

2013-cü ildə istismara verilmiş bu emal müəssisəsini 2016-cı ilin noyabr ayından SOCAR-ın törəmə şirkəti – “SOCAR Methanol” MMC təhvil alıb, 2018-ci ilin oktyabr ayından isə obyekt SOCAR-ın strukturuna daxil edilib və hazırda uğurla fəaliyyət göstərir.

Amma uğura aparan yol heç də rəvan olmayıb və oradakı bugünki vəziyyət SOCAR-ın 5 illik idarəetməsinin nəticəsidir.

Xatırladaq ki, Metanol Zavodunu vaxtilə özəl sektora məxsus “Azerbaijan Methanol Co.” MMC inşa edib. Bunun üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) böyük məbləğdə kredit alınıb. Zavodun iqtisadi layihələndirilməsində yol verilmiş müəyyən nöqsanlara görə götürülmüş kreditlərin geri qaytarılması problemə, zavod özü isə problemli bir aktivə çevrilib.

“Azerbaijan Methanol Co.”nun qanının arasına ilk öncə dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) girib və Metanol Zavodunu ABB-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankdan təhvil alıb. Daha sonra isə Nazirlər Kabinetinin qərarı ilə zavod SOCAR-a satılıb, bununla da zavodun Bank qarşısında olan kredit öhdəliyi də bağlandı.

SOCAR əldə etdiyi problemli zavodu müasir standartlara uyğun şəkildə yenidən qurdu, burada ICI firmasının aşağıtəzyiqli, 1970-ci il buraxılışı olan metanol istehsalı texnologiyasını tətbiq edərək onu bugünkü səviyyəyə çatdırıb, necə deyərlər ayaq üstə qoyub.

Bu ilin yanvar-aprel aylarında müəssisədə əsaslı təmir işləri aparılıb və uğurla başa çatdırılıb. Metanol Zavodu bu il aprelində işə qoşulub, müvafiq sınaq işləri aparılıb, mayın 2-dən isə məhsul istehsalına başlanılıb və nəticə etibarilə qurğunun istehsal gücünün 1 700 ton/günə (100% məhsuldarlıq) çatdırılması mümkün olub. Burada mayda 47 min ton, iyunda isə 51 min ton metanol istehsal olunub.

Metanol Zavodunda 1 adda məhsul – təmizlik dərəcəsi 99,99% olan “A” marka metanol (metil spirti) istehsal olunur. İstehsal həcmi 2019-cu ildə 383 min ton, 2020-ci ildə isə 476 min ton təşkil edib. Hazırda zavodun illik istehsal gücü 561 min tondur və 36,5 hektar ərazini əhatə edir. Burada orta yaşı 38 olmaqla 325 nəfər işlə təmin olunub.

Beynəlxalq normalara cavab verən metanolun keyfiyyətini zavodun tərkibində yerləşən mərkəzi laboratoriya və beynəlxalq səviyyədə tanınmış keyfiyyət təftiş şirkətləri mütəmadi yoxlayır. Məhsul müvafiq uyğunluq sertifikatına (ГОСТ 2222-95) və beynəlxalq REACH sertifikatına (məhsulun Avropa İttifaqına ixracına icazə verilməsinə imkan verən sənəd) malikdir.

İstehsal olunan metanolun böyük hissəsi ixrac edilir. Məsələn, 2019-2020-ci illərdə məhsul satışı müvafiq olaraq 400 min və 479 min ton olub ki, bunların da 391 tonu və 469 tonu xarici bazarlara yönəldilib. Alıcılar Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, Niderland Krallığı, Belçika, İsrail, Braziliya, Argentina, Ukrayna, Misir, Yunanıstan, Bolqarstan, Çin, Qazaxstan, İspaniya və Fransadır.

report

Tags: Metanol zavoduSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.