Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Karbamid zavodu artıq tam gücü ilə işləyir

21/07/2021
SOCAR-ın Karbamid zavodu artıq tam gücü ilə işləyir
17
BAXIŞ
Share on FacebookShare on Twitter

İki ildən çoxdur ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün Karbamid Zavodunun timsalında ölkədə qeyri-neft sektorunun inkişafına tövhə verir. Bu layihəni ölkə “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Sənayenin İnkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib.

Məqsəd azot gübrəsi idxalından asıllığın aradan qaldırılması, yerli fermerlərin sərfəli qiymətlərlə azot gübrəsinə olan tələbatının ödənilməsi və nəticədə ölkədə kənd təsərrüfatının inkişafına əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, karbamidin idxalı ilə bağlı sərf edilən xarici valyutanın ölkə ərazisində qalması, karbamidin ixrac edilməsi vasitəsilə valyuta gəlirlərinin artırılması, təbii qazın xammal qismində deyil, emal edilmiş məhsul şəklində satışı vasitəsilə gəlirlərin artırılmasıdır.

2019-cu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən zavod ilin may ayından karbamid məhsulunun satışı həyata keçirməyə başlayıb. Lakin, zavodun zəmanət dövrü çərçivəsində baş podratçı şirkət – “Samsung” tərəfindən həyata keçirilən sınaq-sazlama işləri əsnasında bir sıra avadanlıqlarda qüsurların aşkarlanması səbəbindən zavodun tam gücü ilə istismar edilməsi mümkün olmayıb.

Ötən il dünyada koronavirusla (COVID-19) bağlı yaranmış vəziyyət, eləcə də ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə əlaqədar sözügedən avadanlıqların tam təmiri üçün xarici istehsalçı şirkətlərin nümayəndələrinin zavoda səfəri təxirə salınıb. Odur ki, işlər bu ilin yanvar-aprel aylarında həyata keçirilib və aprelin sonundan zavodun fəaliyyəti bərpa edilib. Baş podratçı şirkətə məxsus qüsurların aradan qaldırılması zəmanətə daxil olunduğundan zavod üçün əlavə xərc yaratmayıb.

Baş podratçı şirkət tərəfindən zavodun tam gücü ilə fəaliyyət göstərməsinə mane olan səbəblər aradan qaldırıldıqdan sonra cəmi 2,5 ay ərzində təxminən 120,5 min ton məhsul istehsal edib. Hazırda müəssisə tam gücü ilə karbamid istehsal edir, həm daxili, həm də bazarlarda satır. Ölkə daxilində karbamidə olan tələbat tam ödənilməklə idxaldan asılılıq aradan qaldırılıb. Daxili bazarda karbamid yerli fermerlərə güzəştli qiymətlərlə (420 manat/ton) satılır. Xarici bazarlara satış qiyməti isə 415-420 ABŞ Dolları təşkil edir.

report

Tags: Karbamid zavoduSOCAR

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.