Cümə, İyun 13, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Gürcüstanda daha bir qəsəbəni qazla təmin edib

23/07/2021
SOCAR Gürcüstanda daha bir qəsəbəni qazla təmin edib
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi SOCAR Georgia Gas” şirkəti qonşu ölkənin Kvemo Kartli bölgəsinin Tetritskaro bələdiyyəsinin Manqlisi qəsəbəsini təbii qazla təmin edib.

“Report”un yerli bürosu xəbər verir ki, yaşayış məntəqəsi dövlət proqramı çərçivəsində qazlaşdırılıb.

Qazlaşdırma işləri ilə tanış olan Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib ki, Manqlisidə bu günə qədər təbii qaz olmayıb: “Bu, olduqca çətin və bahalı layihə oldu. Lakin görülən işlər nəticəsində 1 600-ə yaxın ailə qazla təmin olunub”.

Genişmiqyaslı layihə çərçivəsində 45 180 metr uzunluqda qaz xətti çəkilib, 1 558 abunəçi qazdan istifadə imkanı əldə edib. Kurort qəsəbənin vahid qazpaylama şəbəkəsinə qoşulmasını Gürcüstanın Qaznəqletmə Şirkəti həyata keçirib.

Manqliyisə təbii qaz verilməsi mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, “SOCAR Energy Georgia”nın Baş direktoru Mahir Məmmədov, “SOCAR Georgia Gas”ın direktoru Azər Məmmədov, Gürcüstanın Qaznəqletmə Şirkətinin baş direktoru Mixeil Şalamberidze və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, 2019-2021-ci illər üzrə qazlaşdırma planına əsasən, Kvemo Kartli bölgəsində 7 870 abunəçini əhatə edən 29 kənd təbii qazla təmin olunacaq.

Tags: GürcüstanSOCAR

Eyni kateqoriyadan Digər materiallar

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
Azərbaycan

SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

17/02/2025
Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi açıqlanıb
Azərbaycan

Son bir ildə Azərbaycanda qaz hasilatı 1,8 mlrd kubmetr artıb

11/12/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.