Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib

23/07/2021
Energetika naziri Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcını qəbul edib.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə, həmçinin ona qədər Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı dəyişməz mövqeyi, davamlı mənəvi və siyasi dəstəyi Azərbaycan-Türkiyə qardaşlığının və sarsılmaz birliyinin ən yüksək zirvədə olmasına bariz nümunə kimi qiymətləndirilib. Bu il iyunun 15-də Azərbaycan və Türkiyənin dövlət başçılarının imzaladığı “Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətinə toxunulub, bu sənəddə energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib, “Şuşa Bəyannaməsi”nin bütün sahələrdə, o cümlədən energetika sahəsində dost, qardaş və tərəfdaş münasibətlərini daha da möhkəmləndirdiyi vurğulanıb.

Həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi”, “TANAP” kimi qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, Azərbaycanla Türkiyənin enerji əməkdaşlığının ikitərəfli və regional faydalarından bəhs edilib. Ənənəvi enerji sahələri ilə yanaşı bərpa olunan enerji mənbələri üzrə də ölkələrimiz arasında yüksək əməkdaşlıq perspektivlərinin olduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, “yaşıl enerji” zonasının reallaşdırılması layihələri barədə məlumat verilib, bu çərçivədə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsi yüksək qiymətləndirilib.

Tags: Pərviz ŞahbazovTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
Швейцарская AXPO выходит из проекта TAP
Azərbaycan

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda müvəqqəti dayandırılacaq

29/07/2024
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan

Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib

08/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.