Çərşənbə, Avqust 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki qaz yataqlarını işlətməyə hazırdır

17/06/2021
SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki qaz yataqlarını işlətməyə hazırdır
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatlarını kəşf etməsi strateji əhəmiyyətə malikdir.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey Enerji” və “Petkim Holding”in İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Nəzəri olaraq, “Türk Petrolleri” (TPAO) şirkəti ilə bu yataqlarda işlənmə və hasilat sahəsində əməkdaşlıq edə bilərik. Bu, peşəkar maraqlarımız sahəsinə daxildir”, – deyə V.Əliyev bildirib.

Onun sözlərinə görə, SOCAR-ın ən böyük xarici investisiyaları Türkiyəyə yatırılıb və onların həcmi 16,5 milyard ABŞ dollara çatıb: “SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, eləcə də dənizlərdə qazma işlərində böyük təcrübəyə malikdir. Qara dəniz dərinliklərinə və dalğaların intensivliyinə görə ənənəvi bir platformanın quraşdırılması üçün uyğun olmaya bilər. Ancaq istehsal, insanların yeni proseslərə birbaşa qatılmaması da daxil olmaqla, yeni texnologiyaların cəlb edilməsi ilə qurula bilər”.

V. Əliyev Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatlarını kəşf etməsinin strateji əhəmiyyətinə diqqət çəkib. O xatırladıb ki, SOCAR 1994-cü ildən bəri Türkiyənin TPAO şirkəti ilə müxtəlif layihələrdə əməkdaşlıq edir və bu təcrübəni üçüncü ölkələrdə qiymətləndirmə fürsəti mövcuddur.

Eyni zamanda, SOCAR rəsmisi qeyd edib ki, ilkin mərhələdə belə əməkdaşlığın enerji mənbələri ilə zəngin olan bölgələrdə həyata keçirilə biləcək: “Prezidentlərimizin bu mövzuda ortaq mövqeyi bizim üçün bir təlimatdır”.

Qeyd edək ki, TPAO şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda, “Şahdəniz” qaz-kondensat yatağında, Cənubi Qafqaz Boru Kəmərində və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində yaxından iştirak edir. Belə ki, Türkiyənin neft-qaz şirkəti AÇG də 5,73 % səhm payına malikdir. Həmçinin, TPAO “Şahdəniz” yatağında 19 % səhm sahibidir. Bundan başqa, “Türkiye Petrolleri” şirkəti BTC Ko şirkətində 6,53 %, Cənubi Qafqaz Boru Kəməri şirkətində isə 19 % səhm payına malikdir.

Tags: SOCARTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.