Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın prezidenti Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib

05/06/2021
SOCAR-ın prezidenti Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Rövnəq Abdullayev enerji keçidi dövrünün çağırışları və Azərbaycanın neft-qaz sənayesinin perspektivləri haqqında danışdı

Peterburq beynəlxalq iqtisadi forumunun Energetika panelində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft-qaz sənayesinin enerji keçidi dövründə perspektivləri haqqında danışıb.

SOCAR-ın prezidenti qeyd etmişdir ki, Azərbaycan iqlim dəyişikliyi probleminə ciddi yanaşır: bu dəyişikliyin nəticələri göz qabağındadır. Məhz buna görə 2016-cı ilin aprelində Azərbaycan Paris sazişini imzalamış, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının atmosferə atılmasının 35% azaldılması ilə bağlı öhdəlik götürmüşdür. Bu günə kimi 30% azalmaya nail olunub.

Rövnəq Abdullayev vurğulamışdır ki, Azərbaycan dünya enerji bazarı ilə strateji tərfdaşdır: “Hazırda AB-nin idxal etdiyi neftin 4%-i ölkəmizin payına düşür. Biz ildə 40 milyard kubmetr qaz hasil etməklə yanaşı həm Azərbaycanda, həm də xaricdə qazlaşdırma üzrə böyük miqyaslı layihələr həyata keçiririk. SOCAR 2005-ci ildən etibarən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 55%-dən 96%-ə, Gürcüstanda 40%-dən 82%-ə çatdırıb. Bununla da milyon tonlarla mazutun yandırılmasının qarşısı alınıb.

Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Cənub-Şərqi Avropaya, o cümlədən hələ də enerji daşıyıcısı kimi kömürdən istifadə edən ölkələrə qazın ixracına başlanılıb. Təmiz iqtisadiyyata keçid dövründə təbii qazdan istifadə hələ labüd görünür. Əlbəttə, biz yaxşı başa düşürük ki, zaman keçdikcə ənənəvi enerji mənbələrin tələbat azalacaq. Lakin bu bir anda baş verməyəcək”.

SOCAR-ın prezidenti keçid dövründə bütün dəyər zənciri boyunca enerji effektivliyini yüksəltməklə istixana qazların emissiyasını azaltmağın əhəmiyyətini vurğulayıb. Nümunə üçün SOCAR tərəfindən 2022-ci ilədək səmt qazının atmosferə atılmasının tam dayandırılmasına nail olmaq üçün həyata keçirilən və BMT-nin xüsusi mükafatına layiq görülmüş tədbirləri, həmçinin karbon qazının tutulması və boşalmış neft-qaz laylarına vurulması, eləcə də perspektivdə yaşıl hidrogen istehsalı və Cənub Qaz Dəhlizi ilə nəql layihələrini göstərmişdir.

Rövnəq Abdullayev vurğulamışdır ki, SOCAR ardıcıl olaraq öz biznesini şaxələndirməklə az karbohidrogenli istiqamətlərə doğru hərəkət edir və gələcəkdə bu vektoru davam etdirmək əzmindədir. Bu isə SOCAR-a transformasiya olunmağa və yeni şərtlər altında rəqabətə davamlılığını qoruyub saxlamağa imkan verəcək.

Peterburq beynəlxalq iqtisadi forumu 1997-ci ildən etibarən təşkil olunur və son onilliklərdə dünyanın aparıcı biznes nümayəndələrinin iştirak etdiyi nüfuzlu müzakirə platformasına çevrilib. Bu il Peterburq beynəlxalq iqtisadi forumu 2-5 iyun tarixlərində keçirilir. Forum proqramının əsas mövzuları dünya və Rusiya iqtisadiyyatı, sosial məsələlər və texnologiyaların təşkili ilə bağlıdır.

socar

Tags: Rövnəq Abdullayev

Eyni kateqoriyadan Digər materiallar

SOCAR Plans to Increase Investment in Innovation, Venture Projects by 2036
Azərbaycan

Rövnəq Abdullayev İqtisadiyyat nazirinin müavini təyin edilib

10/02/2022
Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”
Azərbaycan

Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”

22/12/2021
Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”
Azərbaycan

Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”

20/12/2021
SOCAR prezidenti Tehranda danışıqlar aparır
İran

SOCAR prezidenti Tehranda danışıqlar aparır

09/12/2021
“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO
Azərbaycan

“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO

19/10/2021
SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb
Azərbaycan

SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb

18/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.