Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

19/06/2021
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Naxçıvan Muxtar Respublikasını Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev bildirib ki, 2019-cu il avqustun 26-da Bakışəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında imzalanmış müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasına 2 dəst 200 kilovat gücündə “ISUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəşsu qızdırıcısı, 6 dəst 10 kilovatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyası qurğusu verilib. Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təcrübə ilə daha dərindən mənimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə “Külək-Günəş Hibrid Elektrik Enerjisi Mənbəyi” və 1 dəst günəş su qızdırıcısı quraşdırılmışdır. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyararsız ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilib.

V.Talıbov Külək-Günəş Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edib. O, bildirib ki, hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpa olunan enerji mənbələri hesabına ödənilir. Yeni elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcək. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaq.

Tags: NaxçıvanVasif Talıbov

Eyni kateqoriyadan Digər materiallar

Bu il İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə başlanılacaq – nazir
Azərbaycan

Bu il İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə başlanılacaq – nazir

30/03/2023
Türkiyəli nazir: “Naxçıvana qaz kəmərinin çəkilməsinə başlamağa hazırlaşırıq”
Azərbaycan

Türkiyəli nazir: “Naxçıvana qaz kəmərinin çəkilməsinə başlamağa hazırlaşırıq”

28/06/2021
Martda Naxçıvana verilən elektrik enerjisinin həcmi açıqlanıb
Azərbaycan

Martda Naxçıvana verilən elektrik enerjisinin həcmi açıqlanıb

09/04/2021
Martda Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb
Azərbaycan

Martda Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb

09/04/2021
İğdır-Naxçıvan qaz kəmərinin inşasının sürətləndirilməsi təklif olunur
Azərbaycan

İğdır-Naxçıvan qaz kəmərinin inşasının sürətləndirilməsi təklif olunur

19/02/2021
Ötən il Naxçıvanın elektroenergetika sistemində baş verən yeniliklər açıqlanıb
Azərbaycan

Ötən il Naxçıvanın elektroenergetika sistemində baş verən yeniliklər açıqlanıb

06/02/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.