Şənbə, İyun 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ruslan Əliyev: “Son 10 ildə 1 554 kənd və qəsəbə qazlaşdırılıb”

22/04/2021
Ruslan Əliyev: “Son 10 ildə 1 554 kənd və qəsəbə qazlaşdırılıb”
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

R. Əliyev daha sonra “Azəriqaz”ın həm pandemiya, həm də Vətən Müharibəsi dövründə üzərinə düşən böyük məsuliyyəti dərk edərək fasiləsiz fəaliyyətini davam etdirdiyini vurğulayıb. O, həmçinin qurumun bir çox əməkdaşının könüllü olaraq ordu sıralarına yazılıb torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatıldığını bildirib. “Bizə Qələbə qürurunu yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı arzulayırıq. Bizim həssaslıqla yanaşdığımız məqamlardan biri şəhid və qazi ailələrinin qaz təchizatına dair müraciətlərini təmin etməkdir. Bu gündəlik işimizin əsasıdır və bu layihələrə biz sosial aksiyadan çox öz müqəddəs vəzifə borcumuz kimi baxırıq”.

R. Əliyev çıxışının davamında qazlaşdırma ilə bağlı bəzi məqamlara da toxunub. “Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq artıq ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2% təşkil edir. Son 10 ildə Respublikamızda 1 554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub. Biz 2021-ci ilə də bir çox mühüm addımlar atmaqla başladıq. İstehsalat Birliyimizin Metrologiya Departamentində “Açıq Qapı” günləri təşkil etdik, sosial şəbəkələrdə aktivliyimizi canlı yayımlar vasitəsilə artırdıq, SMS bildirişlərlə abonentlərə borcları və qaz təchizatındakı böyük miqyaslı dayandırmalar haqda məlumatlar göndəririk. Hesab edirik ki, bu ilki hədəflərimizə çatmaq üçün bundan sonra da səylə çalışacağıq”.

Daha sonra R. Əliyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Ruslan Əliyevə təşəkkür edib. O, “Azəriqaz”ın “Caspian Energy Club” ilə uzunmüddətli əməkdaşlıq etdiyini və klubun fəaliyyətini daim dəstəklədiyini vurğulayıb. Telman Əliyev həmçinin qeyd edib ki, İstehsalat Birliyi ilə “Caspian Energy Club” arasında birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.

Tags: AzəriqazRuslan Əliyev

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.