Cümə axşamı, Oktyabr 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

OPEC+ qərarından sonra Azərbaycanın hasilat kvotası nə qədər artacaq?

01/04/2021
OPEC+ qərarından sonra Azərbaycanın hasilat kvotası nə qədər artacaq?
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,15 mln. barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib.

Caspian Barrel-ə Azərbaycan energetika nazirliyindən verilən məlumata əsasən, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə görə, ölkəmiz gündəlik xam neft hasilatını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq.

Beləliklə, Azərbaycanda gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.

İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC plus”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib. Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC plus”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.

Bu çərçivədə 2021-ci ilin yanvarından etibarən hər ay keçirilmiş iclaslarda yanvar ayı üzrə hasilat məhdudiyyətləri fevral, mart və aprel aylarında sabit saxlanmışdır. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 mln. barrel, iyunda, 6,2 mln. barrel, iyulda isə 5,76 mln. barrel müəyyənləşdirilib.

Xatırladaq ki, dünya neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və təşkilata daxil olmayan neft ölkələri arasında koordinasiyalı fəaliyyətə əsaslanan “OPEC+” formatının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-ci ilin yanvarında irəli sürülmüşdür.

Tags: OPECPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.