logo

İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı qruplar yaradılıb

Views: 167

“İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb”.

“Report”un məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, “Azəriqaz” İB də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir: “Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.