Bazar ertəsi, İyul 7, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Rystad Energy”: Robotların neft sənayesində tətbiqi ən çox qazma işlərində sərfəlidir

31/03/2021
Two Wells to Be Drilled at Karabakh Gas Condensate Field
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Neft-qaz sənayesində robot avadanlıqlarının tətbiqi nəticəsində 2030-ci ilədək yüz minlərlə iş yeri ixtisar oluna bilər.

“Report” “Oilprice”ə istinadən xəbər verir ki, belə bir qənaət “Rystad Energy” araşdırma mərkəzinin hesabatında yer alır.

Neft sənayesində robot avadanlığının tətbiqinə həsr olunmuş hesabata görə, daha çox maliyyə tutumlu olan, çətin şəraitdə təhlükəli işlər görüldüyü qazma sahəsində robot cihazlarının tətbiqi daha böyük fayda verə bilər. Yaxın keçmişdə uğurla tətbiq olunmuş robot avadanlığı sayəsində orta qazma qurğusunda iş həcminin 20-30 faiz azaldıla biləcəyi istehsalçı şirkətlər tərəfindən təsdiqlənir. Belə ki, təkcə ABŞ-da qazma sahəsində əməkhaqqına 7 milyard dollardan artıq vəsait sərf olunur.

Bununla yanaşı, son illər İMR (təftiş, texniki servis, təmir) əməliyyatları da robot avadanlığının geniş tətbiq edildiyi sahələrdəndir. Əvvəllər daha çox sualtı işlərdə istifadə olunan robot cihazları artıq üst obyektlərin də təmirində tətbiq olunur. Hesabata görə, qarşıdakı 10 il ərzində qazma, istismar dəstəyi, texniki servis kimi sahələrdə işlərin azı 20 faizi nəzəri cəhətdən avtomatlaşdırıla bilər. Nəticədə ABŞ-da 140 mindən artıq, Rusiyada da 200 mindən artıq işçi ixtisar olunacaq.

Bununla belə, işçilərin ixtisarı nəticəsində əldə ediləcək maliyyə qənaəti xeyli dərəcədə yeni avadanlığın və müvafiq düzənləmələrin tətbiqinə yatırılacaq böyük sərmayələrlə əldən veriləcək. Bunu “Rystad Energy”nin eksperti Sumit Yadav bildirib.

Bütün bunlara baxmayaraq, dəniz platformalarındakı işlərdə robot avadanlıqlarının uzun müddət dayanıqlı çalışıb-çalışmayacağı hələlik tam olaraq bəlli deyil. Həmçinin ayrı-ayrı bölmələr arasında rabitənin məhdud imkanları, mürəkkəb və bahalı olması da robot avadanlığının tətbiqini müəyyən çərçivəyə salır. Həmçinin yeni avadanlığın tətbiqi ilə bağlı işçilərin ixtisarı həmkarlar ittifaqlarının müqavimətinə səbəb olacağı şəksizdir. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi üçün təhlükəsizlik və ekoloji təmizliklə bağlı yeni rəsmi qaydaların tətbiqini də şərtləndirəcək.

Qeyd edək ki, dünyanın ilk dəniz müfəttiş robotu 2018-ci ilin dekabr ayında Şimal dənizindəki platformada sınaqdan keçirilib. 2020-ci ilin fevral ayında Norveçin “Aker BP” şirkəti “Spot” it robotunu işçi heyətinə daxil edib.

Tags: robotlar

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.