Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Misir prezidenti Süveyş kanalında hərəkətin bərpasını açıqladı

29/03/2021
Misir prezidenti Süveyş kanalında hərəkətin bərpasını açıqladı
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Misir prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının dayaz yerində ilişib qalmış “Ever Given” konteyner gəmisinin saydan çıxarılması üzrə əməliyyatın uğurla başa çatdığını və kanalda hərəkətin bərpa olunduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə prezident tvitter səhifəsində yazıb.

“Misirlilər əməliyyatın müxtəlif aspektlərindəki böyük texniki çətinliklərə baxmayaraq, Süveyş kanalında saya oturmuş gəmi ilə əlaqədar böhranı sona çatdıraraq uğur əldə edib. İndi dünya bu həyati vacib arteriya boyunca daşınan mallarla bağlı vəziyyət normaya qayıtdıqdan sonra sakit ola bilər”, – prezident qeyd edib.

Martın 23-də saya oturmuş gəminin saydan çıxarılması əməliyyatı gecə-gündüz davam edib, dərinləşdirmə işləri aparılıb, daha sonra 15-dən çox yedək gəmisi işə qoşulub. Gəmini bazar ertəsinə keçən gecə saydan çıxarmaq mümkün olub.

Qeyd edək ki, uzunluğu 400 metr olan “Ever Given” yük gəmisinin yükgötürmə qabiliyyəti 224 min tona bərabərdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirkən kanalın 151-ci kilometrliyində saya oturmuşdu.

Əlavə edək ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalının uzunluğu 163 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Qlobal dəniz yük dövriyyəsinin 10-12%-i kanalın payına düşür. Hər gün kanaldan Avropadan Asiyaya və əks marşrutla hərəkət edən onlarla gəmi keçir.

Tags: Süveyş

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.