Çərşənbə axşamı, Mart 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Ukrayna Müdafiə Nazirliyinə ən çox yanacaq satan ikinci şirkət olub

12/02/2021
SOCAR Ukrayna Müdafiə Nazirliyinə ən çox yanacaq satan ikinci şirkət olub

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1613114879636","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1613114879621","source":"other","origin":"gallery"}

1
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti 2020-ci il ərzində bu ölkənin Müdafiə Nazirliyi üçün satdığı yanacağın həcmini açıqlayıb

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, ötən il Azərbaycan şirkəti Ukraynanın Müdafiə Nazirliyinə 33 min ton dizel yanacağı və 6,1 min ton aviasiya yanacağının satışı ilə bağlı müqavilə imzalayıb.

Bununla da “SOCAR Ukraine” ölkənin bu qurumuna müqavilə əsasında ikinci ən çox yanacaq satan şirkət olub. Daha bir il öncə isə şirkət dördüncü olub.

2020-ci il ərzində ölkənin silahlı qüvvələrinə ən iri yanacaq tədarükçüsü isə “ Alliance Energo Trade” şirkəti olub. Bu şirkət ötən il Nazirliyə ümumilkdə 56,01 min ton yanacağın satılması ilə bağlı müqavilələr imzalayıb. Bu həcmlərin 37,48 min tonu dizel yanacağı, 11,83 min tonu aviasiya kerosini və 6,7 min tonu “A-80” benzini təşkil edib.

İlk üçlüyü isə “LUX Kraina” şirkəti qapayır. Ukrayna Müdafiə Nazirliyinin tərəfdaşları arasında ən yenisi olan bu şirkət 2020-ci ildə 36,96 min ton yanacaq tədarük edib. Bunun da 21,32 min tonu aviasiya yanacağı, 15,6 min tonu isə dizel yanacağının payına düşüb.

Ümumilkdə ölkənin müdafiə qurumu 2020-ci il ərzində 126,8 min ton dizel yanacağının alınması ilə bağlı müqavilələr imzalayıb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 70 % çoxdur.

Həmçinin, ötən il Nazirlik 62,29 min ton (+55 %) aviasiya yanacağı, 6,7 min ton aşağı oktanlı “A-80” benzini, 2,65 min ton “A-92” benzini və 636 ton “A-95” benzinin alınması ilə bağlı müqavilələr imzalayıb.

Qeyd edək ki, 2020-ci ildə Ukrayna Müdafiə Nazirliyi ümumilikdə 199 min ton yanacağın alınması üçün 58 müqavilə imzalayıb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 41 % çoxdur. 2020-ci ildə Müdafiə Nazirliyinin yanacaq tədarükçülərinin sayı 8-dən 10-a artıb.

Tags: SOCARUkraynayanacaq

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.