Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Schieppati: “TAP və Sakarya Qaz Sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır”

06/02/2021
Schieppati: “TAP və Sakarya Qaz Sahəsindəki kəşflər Avropa üçün əlavə imkanlar yaradır”
6
BAXIŞ
Share on FacebookShare on Twitter

“Avropa İttifaqı (Aİ) rəhbərliyi Cənub Qaz Dəhlizinin (SGC) tamamlanması və Trans-Adriatik Boru Kəmərinin (TAP) fəaliyyətə başlaması ilə Türkiyənin Avropanın qaz təchizatının təhlükəsizliyi üçün vazgeçilməz olacağını bilməlidi”

Bu barədə “Report” “Anadolu Agentliyinə istinadən xəbər verir.

“Enerji infrastrukturunu birləşdirən Türkiyə, eyni zamanda, “Istanbul Benchmark” çərçivəsində yeni qaz ticarəti bazarına çevrilir. 2021-ci ildə Türkiyədə təbii qaz fyuçers bazarının qurulması və fəaliyyətə başlaması gözlənilir. Avropanın qaz tələbini mümkün qədər təmin etmək niyyəti sayəsində, Türkiyə Avropa ölkələrini Avropa enerji bazarlarında Rusiya qazından asılılığının azaldılmasının təminatçısına çevrildi”, – məlumatda deyilir.

Türkiyənin uzunmüddətli enerji strategiyası dörd sütuna əsaslanır: neft və təbii qaz idxalının marşrutu və mənbənin şaxələndirilməsi, bərpa olunan və yerli enerji mənbələrinin nisbətinin artırılması, enerji səmərəliliyinin artırılması və Türkiyənin enerji təminatına nüvə enerjisinin əlavə edilməsi daxildir. Bu məqsədlə Türkiyə enerji bazarında LNG-nin geniş yayılması ilə Türkiyə, ümumi qaz idxalında Rusiyanın payını azaltmağa müvəffəq olub. Rusiyanın Türkiyəyə təbii qaz ixracı əvvəllər 52 % səviyyəsindəykən, ötən il bu nisbət 33 %-ə gerilədi.

TAP-ın icraçı direktoru Luca Schieppati hesab edir ki, qaz təchizatı təhlükəsizliyi baxımından TAP-ın aktivləşdirilməsi və Türkiyənin Sakarya Qaz Sahəsindəki son qaz kəşfləri Avropa bazarlarına marşrutları və qaz mənbələrini daha da şaxələndirmək üçün əlavə imkanlar yaradır.

Türkiyə təbii qaz idxalı, nəqli, saxlanması və ixracı üçün imkanlarını genişləndirərək, öz regionunda təbii qaz tələbini cəlb edən mübahisəsiz və vazgeçilmez bir mərkəzə çevrilib. Türkiyə, güclü və davamlı enerji təchizatı və enerji qiymətləri təhlükəsizliyini inkişaf etdirmək üçün qlobal enerji bazarındakı qarşılıqlı asılılığın istifadə edilməsinin potensial mənfi nəticələrini aradan qaldırmaq məqsədi daşıyan “Turkey for Energy” strategiyasını həyata keçirir. Bu strategiya 2021-ci ilin əvvəlində Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasını ehtiva edir, çünki onun əsas məqsədi mili və qlobal şəbəkənin bütövlüyünü möhkəmləndirərək Türkiyə və Avropa enerji təchizatı və qiymət təhlükəsizliyini təmin etməkdir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Tags: Avropa İttifaqıTAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Gürcüstan bu il Azərbaycandan 159 min ton benzin idxal edib
Azərbaycan

Fransanın cari ildə Azərbaycandan idxal etdiyi neft həcmləri açıqlanıb

20/08/2025
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi
Rusiya

Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi

16/12/2024
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.