Bazar ertəsi, İyun 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz”: Yanlış məlumatlara aldanmayın

04/02/2021
“Azəriqaz”: Yanlış məlumatlara aldanmayın

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1610488065774","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1610488065764","source":"other","origin":"gallery"}

9
BAXIŞ
Share on FacebookShare on Twitter

“Son bir neçə gündə qaz sayğaclarının dövlət yoxlanışı prosesi səhv şərh edilir və ümumiyyətlə, bu sahədə yanlış fikirlər yayılmaqdadır”

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

Abonentləri səhv səslənən bu cür fikirlərə inanmamağa çağıraraq C.Səfərov qeyd edib ki: “Kifayət qədər ətraflı məlumat verilməsinə baxmayaraq, müxtəlif internet resurslarında hələ də qaz sayğaclarının əvəzlənməsi ilə bağlı dolaşıq fikirlər yayılır. Nəticə etibarilə bu, 2 milyon 400 minə yaxın təbii qazdan istifadə edən əhali abonentini çaşdırır, həm də bu qədər abonentə xidmət edən qurumun fəaliyyətinə kölgə salır.

Bir daha qeyd edirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür. Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya departamentində dünyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir avadanlıqlar ilə dövlət yoxlanışı icra edilir. Bu yoxlanış prosesi isə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilir. Onların qeyd edilən departamentdə daimi nümayəndələri fəaliyyət göstərir. Son bir ay ərzində isə dövlət yoxlanışı zamanı təbii qaz sayğacı əvəzlənmələri aparılarkən mexaniki-elektron sayğaclarla təmin edilən abonentlərin qaz sərfiyyatının daha çox qeydə alınması barədə iddiaları ortalığa çıxıb.

Bunu şəffaf şəkildə araşdırmaq məqsədilə yanvar ayının 26-dan etibarən “Azəriqaz” İB-nin Metrologiya departamentində hər həftənin 2-ci və 4-cü günləri saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri keçirilir. Qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün bütün ictimaiyyət nümayəndələri, abonentlər, ekspertlər, mətbuat və sosial şəbəkə ünvanları vasitəsilə əvvəlcədən departamentə dəvət edilib. Hətta mexaniki-elektron sayğaclarının sərfiyyatı çox qeydə alması barədə fikirlər söyləyən abonentlərə müraciət edilərək sayğaclarının açılaraq özlərinin iştirakı ilə yoxlanılmasına da şərait yaradılacağı bəyan olunub. Bəzi abonentlər bu çağırışa uyğun olaraq sayğaclarını yoxlamaya təqdim ediblər. Lakin sayğaclarda sərfiyyatın çox qeydə alınması iddiaları təsdiqini tapmayıb. Yoxlamanın nəticəsi sınaq protokolunda əksini tapıb, yuxarıda adları çəkilən digər təşkilatların nümayəndələri də bu sənədi imzalayıblar. Energetika Nazirliyinin bu barədə rəsmi açıqlaması olub.

Qeyd edək ki, dövlət yoxlanışı üçün sayğac əvəzlənmələri tam ödənişsiz həyata keçirilir. Fevral ayının 1-dən isə bu proses icra olunarkən seçim abonentin ixtiyarına verilir. Yəni o, əvəzlənmə zamanı quraşdırılacaq yeni sayğacın mexaniki-elektron və ya əvvəlcədən ödənişli (smart-kart) olacağını özü müəyənləşdirəcək.

Bütün bunları nəzərə alaraq, bir daha qaz sayğacları barədə yanlış fikirləri paylaşanlardan xahiş edirik ki, qarşıdakı həftələrdə (hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-dək) davam edəcək “Açıq qapı” günlərinə gəlsinlər. Bu proseslə yaxından tanış olsunlar. Bundan başqa Birliyin baş direktoru cənab Ruslan Əliyev də hər həftənin 5-ci günü saat 14:00-da Facebook sosial şəbəkəsi üzərindən canlı yayım edərək, hər kəsi maraqlandıran sualları cavablandırır. Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq müzakirələrə həmişə hazırıq”.

Tags: Azəriqaz

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.