Bazar, Fevral 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Belarusa neft emalı zavodunun təmirində kömək edir

13/01/2021
SOCAR Belarusa neft emalı zavodunun təmirində kömək edir
8
BAXIŞ
Share on FacebookShare on Twitter

“Mozır NEZ” ASC Belarus Respublikasının ikinci ən iri neft emal zavodu olaraq son illərdə regionda icra olunmuş ən böyük miqyaslı tikinti layihəsi hesab olunur

Bu barədə Caspian Barrelə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Sözün əsl mənasında meqalayihə

Zavodun əsas obyektlərindən biri olan, Ağır Neft Qalıqlarının Hidrokrekinqi Kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilib.

Bildirilir ki, xüsusi çətinliyi ilə seçilən montaj işlərinin icrası üzrə nəzəriyyəçi və praktiklərin böyük əksəriyyəti hidrokrekinq Kompleksini əsaslı olaraq əsl meqalayihə kimi qiymətləndirirlər. MDB ərazisində analoqu olmayan bu meqaqurğuda dünyada cəmi 8-i mövcuddur.

Bu layihənin məsuliyyət dərəcəsini, habelə Belarus Respublikasının rəhbərliyi tərəfindən təyin olunmuş çox qısa vaxt məhdudiyyətini nəzərə alaraq, layihə işlərinin icrası üçün yalnız qüsursuz biznes-reputasiyasına malik ən yaxşı xidmət təchizatçıları seçilmişdi. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub. “SOCAR Construction” şirkəti texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirib.

Görülmüş işlər layihə həyata keçirildiyi müddətdə müxtəlif materiallardan 13 km-dən çox texnoloji boru kəməri xətti (o cümlədən avadanlıqlar) montaj olunub. Qaynaqlanmış birləşmə yerlərinin sayı 46 mini ötüb (WDI-70000). 5 000-dən çox klapan və bağlayıcı-tənzimləyici armaturun quraşdırılması və montajı yerinə yetirilib.

3,8-54,4 metr səviyyələrində montaj olunmuş təkcə iri-ölçülü (9 tona qədər çəkisi olan) avadanlıqların sayı 60 ədəddən çoxdur.

Komandanın birliyi və yüksək peşəkarlıq səviyyəsi, habelə düzgün qurulmuş idarəetmə sistemi sayəsində “SOCAR Construction” MMC əsas işlərini vaxtında icra edərək Mozır neft emalı zavodunun rəhbərliyindən müsbət rəylər alıb.

Mozır neft emalı zavodunun yenidənqurma və inkişaf üzrə direktoru A.A.Qud “SOCAR Construction” şirkətinin işini yüksək qiymətləndirib: “SOCAR Construction” MMC şirkətinin əməkdaşları xüsusilə təhlükəli obyekt və istehsalat müəssisələrinin sənaye tikintisi sahəsində ən yüksək bacarıq və ixtisas dərəcəsini nümayiş etdirib. Üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasında “SOCAR Construction” MMC şirkətinin əməkdaşları yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı və məsuliyyətlə fərqlənmişdir. Yuxarıda deyilənlər bu şirkəti sənaye-tikinti layihələrinin layihə sənədlərinin tələblərinə uyğun tərzdə və sifarişçinin təyin etdiyi müddətlər çərçivəsində uğurlu icrasına zəmanət verən, etibarlı tərəfdaş kimi xarakterizə edir”.

Gələcək fəaliyyət imkanları

Hidrokrekinq Kompleksi üçün boru kəmərinin montaj işləri üzrə müqavilə öhdəliklərini uğurla yekunlaşdırmış “SOCAR Construction” şirkəti Mozır NEZ-in istilik izolyasiyası işlərinə dair yeni sifarişini qəbul edib. Həmçinin yaxın zamanda “SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən Markovo yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaq.

Qeyd edək ki, “SOCAR Construction” MMC – SOCAR budağı olaraq keyfiyyətli sənaye və infrastruktur obyektlərində yanacaq-enerji kompleksinin artan tələbatlarının təmin edilməsi məqsədilə təsis olunub.

Tags: Mozır NEZБеларусь

Eyni kateqoriyadan Digər materiallar

Bu il Azərbaycan Belarusa nə qədər neft tədarük edəcək?
Azərbaycan

Bu il Azərbaycan Belarusa nə qədər neft tədarük edəcək?

23/08/2021
Bu il Belarusa ixrac olunan “Azeri Light” markalı neftin həcmi açıqlandı
Azərbaycan

Bu il Belarusa ixrac olunan “Azeri Light” markalı neftin həcmi açıqlandı

14/05/2021
İlin ilk rübündə Azərbaycan Belarusa 4 tanker neft göndərib
Azərbaycan

İlin ilk rübündə Azərbaycan Belarusa 4 tanker neft göndərib

20/04/2021
Bu ilin əvvəlindən Belarusun Azərbaycandan aldığı neftin həcmi açıqlanıb
Azərbaycan

Bu ilin əvvəlindən Belarusun Azərbaycandan aldığı neftin həcmi açıqlanıb

14/04/2021
“SOCAR Construction” Belarusda Mozır NEZ-də kompleks inşasını başa çatdırıb
Azərbaycan

“SOCAR Construction” Belarusda Mozır NEZ-də kompleks inşasını başa çatdırıb

24/02/2021
Azərbaycanın Belarusa ixrac etdiyi neftin ümumi dəyəri açıqlanıb
Azərbaycan

Azərbaycanın Belarusa ixrac etdiyi neftin ümumi dəyəri açıqlanıb

15/01/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.