Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib

19/01/2021
Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Yanvarın 18-də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclası keçirilib

Bu barədə Caspian Barrelə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Videokonfrans formatında baş tutmuş tədbirdə dünyanın 180-dən çox dövlətini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, IRENA-nın Baş direktoru Francesco La Camera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda qlobal pandemiyanın dünya iqtisadiyyatına və enerji sektoruna təsirləri, bərpa olunan enerji mənbələrindən istifadə üzrə qlobal meyillər, bu sahəyə yönəldilən investisiyalar, iqlim problemləri və davamlı enerji keçidlərinə siyasətin təsiri kimi mövzulara toxunulub.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğu qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30 %-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb.

Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib.

Tədbirdə, həmçinin Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. Bildirilib ki, ölkə başçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonalarına” çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcəkdir.

Qeyd edək ki, 19-20 yanvar tarixlərində yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Nazirlərin enerji keçidinin təşviqi üçün milli enerji planlaşdırması və tətbiqi, bərpa olunan enerji mənbələri üçün maliyyə həcminin artırılması, karbon neytrallığına aparan yol – innovasiya, yaşıl hidrogen və sosial-iqtisadi siyasət və səhiyyə sisteminin enerji ilə təminatında enerji keçidinin rolu mövzularında plenar iclasları keçiriləcək.

Tags: Pərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.