Şənbə, İyul 19, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ölkədə qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir – Fotolar

30/12/2020
Ölkədə qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir – Fotolar
0
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşmaya dair dövlət proqramlarının vaxtında icrası, eləcə də mövcud qaz təsərrüfatının istismara yararsız olan sahələrində yenilənmə işlərinin görülməsinə diqqət artırılıb. “Qafqazinfo” xəbər verir ki, bir çox ucqar kəndlər də daxil olmaqla qazlaşdırılmış yaşayış məntəqələrinin sırasına yeniləri daxil edilib

Yenilənən qaz şəbəkəsi isə əvvəlki illərdən fərqli olaraq qəzaların azalmasına və nəticədə qaz təchizatındakı dayandırmaların minimuma endirilməsinə gətirib çıxarıb.

Azərbaycanın regionlarında 2020-ci il üzrə qazlaşdırılması nəzərdə tutulan 43 yaşayış məntəqəsi və 43 yaşayış massivindən 42 yaşayış məntəqəsində 5200-ə yaxın fərdi yaşayış evi, 43 yaşayış massivində 8500-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin edilib. Bir yaşayış məntəqəsində isə qazlaşdırma işləri davam etməkdədir.

Bakı şəhəri üzrə Xəzər, Binəqədi, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında ümumən 5500-ə yaxın fərdi yaşayış evini əhatə etməklə 31 yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşma işləri Xəzər rayonunun Binə, Buzovna, Şüvəlan, Şağan, Zirə və Türkan qəsəbələrində, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Qaradağ rayonunun Qobustan, Qızıldaş və Lökbatan qəsəbələrində, Sabunçu rayonunun Bilgəh, Pirşağı, Nardaran, Kürdəxanı, Maştağa, Ramana və Zabrat qəsəbələrində, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində həyata keçirilib.

Bu günə qədər görülən işlər barədə məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, artıq ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2% təşkil edir. “Buna Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasətlə nail olunub. Məhz dövlət başçısının qayğısı ilə başqa ölkələrdən fərqli olaraq Azərbaycanda bu işlərin görülməsinə dövlət büdcəsindən vəsait ayrılır. Hər il görülən işlərin miqyası da genişlənir. Müqayisə üçün əlavə edim ki, 2009-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 62,2% olub. Amma indi 96 %-dən çoxdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində 2009-2020-ci illərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin müxtəlif bölgələrində 1668 yaşayış məntəqəsi qazlaşdırılıb. Cari ildə həyata keçirilmiş qazlaşma layihələrini nəzərə almaqla 2020-ci ilin sonuna ölkədə 2449 qazlaşdırılmış yaşayış məntəqəsi olacaq”.

Baş direktorun sözlərinə görə Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt şəhərləri, Yevlax, Abşeron, Ağdam, Balakən, Biləsuvar, Füzuli, Beyləqan, Şirvan, Ağstafa, Hacıqabul, Qazax və Kürdəmir rayonlarında qazlaşma səviyyəsi 100 % təşkil edir. Ağsu, Bərdə, Tərtər, Goranboy, Göyçay, Şamaxı, Şəmkir, Ucar rayonlarında isə 97-99 % arasında dəyişən qazlaşma səviyyəsi onu göstərir ki, bu ərazilərdə qazlaşmayan cəmi bir yaşayış məntəqəsi qalıb. Lakin bu, nisbi rəqəmdir. Çünki istənilən 100 % qazlaşdırılan şəhər və rayonlarda hər il yeni massivlər yaranır və fərdi yaşayış evlərinin sayı artır, belə olan halda qazlaşdırılmasına ehtiyac yaranan yeni ərazilər də ortaya çıxır”.

R. Əliyev hazırda qazlaşma səviyyəsi nisbətən aşağı olan bir neçə rayonun da adını çəkib. Onun sözlərinə görə bura Zaqatala, Qusar, Qax, Gədəbəy və digər bir neçə rayonumuzu misal göstərmək olar. Bu ərazilərdə qazlaşma səviyyəsi 70-80 % intervalında dəyişir.

Baş direktor il ərzində aparılan təmir-tikinti məsələlərinə də toxunub. O, bildirib ki, 2020-ci ilin 11 ayı ərzində 1361 km yeni qaz xətti çəkilib. 554 km qaz xətti təmir edilib. Bundan əlavə 321 km qaz xəttinin təmiri Regional qaz istismarı İdarələrinin imkanları hesabına reallaşdırılıb. “Bu gün “Azəriqaz” İB-nin 8 min nəfərdən çox kollektivi ölkədə 69,2 min km uzunluğunda olan müxtəlif diametrli qaz paylayıcı şəbəkəyə, 2 milyon 370 mindən çox əhali abonentinə xidmət göstərir. Bu həm böyük zəhmət, həm də ciddi məsuliyyət tələb edir. Məsuliyyət artdıqca müştəri məmnuniyyəti üçün səylə çalışmaq lazım gəlir. Hesab edirəm ki, bu il buna nail ola bilmişik. Yeri gəlmişkən ilin sonuna yaxın əməyimiz qiymətləndirilib. “Caspian Business Award 2020” beynəlxalq təqdimetmə mərasimində “Azəriqaz” İstehsalat Birliyi “İlin qaz təminatçısı” mükafatına layiq görülüb”.

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə müxtəlif əlamətdar günlərdə onlarla şəhid ailəsi, müharibə veteranı, əlil insanların müraciətlərinə dəstək olub. Ruslan Əliyev deyir ki, bu il sentyabrın 27-də Ali Baş Komandan, möhtərəm İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi möhtəşəm Qələbəmizlə başa çatdı. Bundan sonra bir çox qazi və şəhid ailələrinin qaz təchizatı ilə bağlı müraciətlərinə ciddi yanaşdıq. Əksəriyyətinin həlli üçün səfərbər olduq. Qaz təsərrüfatının 140 işçisi Vətən müharibəsində iştirak edib, 4 şəhidimiz olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Müsahibəsinin sonunda baş direktor R.Əliyev qarşıda həm daha məsuliyyətli, həm də müqəddəs bir vəzifənin olduğunu sözlərinə əlavə edib. O, bildirib ki, hər bir qaz təsərrüfatı işçisi indi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə reallaşdırılacaq qazlaşma işlərini səbirsizliklə gözləyir.

qafqazinfo

Tags: Azəriqazqazlaşma

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
Azərbaycan 2022-ci ildə qazı hansı qiymətə ixrac edir?
Azərbaycan

“Azəriqaz” ölkə üzrə istehlak edilən qazın həcmini açıqlayıb

03/11/2023
ЕК назвала стоимость энергозависимости от России -€300 млрд
Azərbaycan

“Azəriqaz” 2021-ci ildə 590 milyon manat məbləğində qaz alıb

28/12/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.