Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İtaliya Azərbaycandan nə qazanıb?

08/12/2020
İtaliya Azərbaycandan nə qazanıb?
4
BAXIŞ
Share on FacebookShare on Twitter

İtaliya şirkətləri indiyədək Azərbaycanın neft və qeyri-neft sahələrində 10 milyard ABŞ dolları məbləğində podrat müqavilələri icra etmişlər.

Bu gün energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Caspian Barrel-ə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Şahbazov qlobal pandemiya ilə əlaqədar belə mürəkkəb dövrdə İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini, işğaldan azad edilmiş əraziləri ziyarət etmələrini və Ermənistan tərəfindən törədilən dağıntılarla yaxından tanış olmalarını yüksək qiymətləndirdiyini qeyd etdi, bu səfərin ölkəmiz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə İtaliyanın Azərbaycana olan dəstəyini təcəssüm etdirdiyini vurğuladı və bu dəstəyə görə təşəkkür etdi.

Bildirildi ki, 2018-ci il 18 iyul tarixində İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri, eyni ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliya Respublikasına rəsmi səfəri, həmçinin cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri, bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” və digər çoxsaylı hüquqi sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını təmin etdi.

Görüşdə həmçinin, enerji sektorunda əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynadığı qeyd edildi. Bu əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan Trans Adriatik Boru Kəmərinin xüsusi əhəmiyyəti vurğulandı, dəhliz vasitəsi ilə cari ilin sonunda Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırıldı.

Həmçinin, qeyd edildi ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq digər iqtisadi sahələri də əhatə edir.

İtaliya şirkətləri indiyədək Azərbaycanın neft və qeyri-neft sahələrində 10 milyard ABŞ dolları məbləğində podrat müqavilələri icra etmişlər.

İtaliya nümayəndə heyətinin rəhbəri səmimi qəbul üçün minnətdarlığını bildirdi və qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulan kimi Azərbaycana təşkil edilmiş bu səfər məhz ölkəmizə olan yüksək dostluq münasibətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizə səfər haqqında danışan Ettore Rosato nümayəndə heyəti adından şəhid ailələrinə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığını çatdırdı.

İki ölkə arasında yüksək dostluq münasibətinin göstərici kimi İtaliyanın öz enerji təhlükəsizliyini Azərbaycana etibar etməsi qeyd edildi. Eyni zamanda, İtaliyanın yalnız neft-qaz sahəsində deyil, iqtisadiyyatın bir çox sahələrində Azərbaycanla əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olduğu vurğulandı.

Görüş zamanı, həmçinin, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit və uzunmüddətli inkişaf etdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələlərinə toxunuldu. Ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafında Azərbaycanın İtaliyadakı səfirinin və İtaliyanın Azərbaycandakı səfirinin fəaliyyətləri vurğulandı.

Tags: Pərviz ŞahbazovИталия

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.