Cümə, Mart 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə potensial dəqiqləşdirilir

08/12/2020
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə potensial dəqiqləşdirilir
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazovun sədrliyi və nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işlər və atılacaq addımların müzakirəsinə həsr olunmuş iclas keçirilib

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, iclasda işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilib, həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üzrə görüləcək işlərə dair təkliflər səsləndirilib.

Bildirilib ki, ilkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 427 ha olan 8 potensial ərazi seçilib. Bu ərazilərdə ümumilikdə 7 214 MVt gücündə günəş elektrik stansiyalarının yerləşdirilməsi mümkün görünsə də, cənub ərazilərin bir hissəsinin kənd təsərrüfatı təyinatlı ola biləcəyi nəzərə alınaraq, burada ümumi potensial 4 000 MVt-dan yüksək qiymətləndirilir.

Daha sonra Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Bildirilib ki, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir və bu potensialın böyük hissəsi adıçəkilən rayonların Ermənistanla sərhəd zonalarına düşür. Belə böyük potensiala baxmayaraq, əlverişli infrastrukturun olmaması səbəbindən bu sahələrdə külək enerjisindən elektrik enerjisinin hasil edilməsi məsələsinin yerində araşdırma və tədqiqat işləri tələb etdiyi vurğulanıb.

Azərbaycanda 25 % yerli su ehtiyatlarının Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumat verilib. Bildirilib ki, mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görüldüyü qeyd edilib. İclasda həmçinin regionun bioenerji və geotermal enerji mənbələri haqqında məlumat verilib və gələcəkdə bu enerji növlərindən elektrik və istilik enerjisi istehsalı məqsədi ilə istifadənin mümkünlüyü vurğulanıb.

İclas zamanı səsləndirilən təkliflər nəzərə alınaraq, bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması, bu sahədə aidiyyəti qurumlarla əməkdaşlıq, həmçinin günəş və külək enerjisi potensialı yüksək olan ərazilərdə ölçü müşahidə stansiyalarının quraşdırılması istiqamətdə fəaliyyətə başlanılması üzrə tapşırıqlar verilib.

Tags: Dağlıq QarabağPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.