Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Düşmənin belini qıran qəhrəman neftçilər

04/12/2020
Düşmənin belini qıran qəhrəman neftçilər

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1607085765141","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1607085765078","source":"other","origin":"gallery"}

2
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqlar azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında Azərbaycan hərbçiləri böyük şücaət göstərib

“Qarabağ Azərbaycandır!” şüarı ilə on minlərlə Azərbaycan igidi, oğul və qızları silaha sarılıb işğal altında, erməni tapdağı altında olan torpaqlarını azad etməyə getdi. Müharibəyə yollananlar arasında dövlət qurumlarında çalışan minlərlə vətənpərvər şəxs də oldu.

“Report” İnformasiya Agentliyi qəhrəmanlarımızı xalqa təqdim etmək məqsədi ilə dövlət qurumlarına müraciətlərini ünvanlayıb. Bu istiqamətdə 500-ə yaxın əməkdaşı Qarabağın azadlığı uğrunda döyüşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qəhrəmanlarının təqdimatını davam etdiririk.

Atalarının layiqli davamçısı olan oğullar

II Qarabağ Müharibəsində qələbəyə imza atan əsgərlərimizin bir çoxunun atası I Qarabağ müharibəsi veteranıdır. Atalarının layiqli davamçısı olan oğullarımız Qarabağda zəfər çaldılar. 23 yaşlı qəhrəmanımız Əmir Cəfərov kimi…

Ə.Cəfərov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində qazmaçı peşəsinin sirlərini öyrənib. Təcrübədə olmasına baxmayaraq, Qarabağ savaşı başlayan kimi könüllü Vətənin müdafiəsinə yollanıb. Daşaltı, Laçın, Şuşa, Qırmızı Bazarda düşmənin qərargahı və canlı qüvvəsinin məhv edilməsi, eləcə də bir sıra yüksəkliklərin işğalçılardan azad olunması əməliyyatlarında Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşüb.

Əmir Cəfərov
Əmir Cəfərov

Təbii ki, qələbə sevincini bizə yaşadan, tarix yazan qəhrəmanlarımız əbədi olaraq qəlblərimizdə yaşayacaq. I Qarabağ müharibəsi veteranı Elşən Abuşov II Qarabağ savaşına da könüllü yollanıb. Bu dəfə böyük oğlu Şahmarla düşmənə qarşı eyni cəbhədə – Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə çiyin-çiyinə vuruşublar.

Ehtiyatda olan zabit, baş leytenant Elşən Abuşov döyüşlərin birində top mərmisinin partlaması nəticəsində yaralanıb. Müalicədən sonra hospitaldan yenidən ön cəbhəyə qayıdıb. SOCAR-ın Kompleks Qazma İşləri Trestinin motorçusu Elşən Abuşov bölük komandirinin müavinidir. O, hazırda da Ağdərədə Vətənin keşiyindədir.

Elşən Abuşov

Elşən Abuşov

Yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgər

SOCAR-da çalışan və müharibədə fəxrlə iştirak edən döyüşçülərdən biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilmiş, mənzillə təmin olunmuş Rüfət Rüstəmovdur.

10 ildən çoxdur ki, Heydər Əliyev adına neft emalı zavodunda 55-ci qurğuda operator işləyən vətənpərvər döyüşçü Qarabağın işğaldan azad edilməsi üğrunda döyüşlərdə iştirak etmiş könüllü əsgərdir. II Qarabağ müharibəsi başlayan ilk gündən əks-hücum əməliyyatlarında peşəkar topçu Rüfət ağır döyüşlərdə düşmənin qənimi olub. Ağdam, Füzuli, Hadrut, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən qardaşımız cəbhə yoldaşları ilə Kəlbəcərə qədər gedib. O, bu gün də silahı yerə qoymayıb və Kələbəcərdə vətənin keşiyindədir.

Elçin Əhmədov
Elçin Əhmədov

II Qarabağ müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlər sırasında 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyın Elçin Əhmədov da var.

Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram”, – deyir. O, Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib.

Uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir.

İşğalçı ordunu böyük itkiyə məruz qoyan neftçilər

SOCAR-ın Ekologiya İdarəsinin Monitorinq Departamentinin böyük mühəndisi, SOCAR-ın Daxili Təqaüd Proqramının 4 dəfə qalibi olmuş Maarif Sadıqov işğaldan azad edilməsində xüsusi əməliyyat taborunun leytenantı kimi tarixə adını yazan qəhrəmanlardandır. 30 yaşlı neftçi Hadrut və Şuşa istiqamətində gedən xüsusi döyüş əməliyyatlarında iştirak edərək işğalçı ordunu böyük sayda itkiyə məruz qoyan zabitlərimizdəndir. Maarif yaralı cəbhə yoldaşlarının döyüş bölgəsindən çıxarılmasında da əsas qüvvə olub.

Salman Kərimli

Salman Kərimli

Qarabağda 44 gün qələbə savaşında müzəffər Azərbaycan Ordusu hərbi texnika ilə yanaşı, müasir rəqəmsal texnologiya ilə də təchiz edilib. SOCAR-ın İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsinin rəisi, Milli Ordunun ehtiyatda olan baş leytenantı Salman Kərimli II Qarabağ savaşının ilk günlərindən ön cəbhədə radio-rabitə tağım komandiri kimi xidmətdədir. S.Kərimli cəbhə xəttində rabitə əlaqəsinin peşəkar səviyyədə təşkil edilməsində əməyi keçən neftçilərdəndir. Torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında radio-rabitə əlaqəsinin mükəmməl səviyyədə qurulması qələbənin əldə edilməsinə bizi daha da yaxın edib.

Qayaya “SOCAR Şuşada” sözlərini həkk edən igid

Nicat Hüseynov
Nicat Hüseynov

İkinci Qarabağ müharibəsi başlayan gündən rəşadətli Ordumuzun sıralarında azğın düşmənə qarşı əks-hücum əməliyyatlarında iştirak edən minlərlə igid əsgərimizdən biri də Nicat Hüseynovdur. SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışan Nicat işğal tariximizlə həmyaşıddır. 28 yaşlı Nicat Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. Yaralanıb, sağalan kimi yenidən cəbhə yoldaşlarının sıraslarına qatılıb.

O, Qarabağın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunduğu gün qaya parçasına “SOCAR Şuşada” sözlərini həkk etməklə qələbə sevincini bütün neftçilərlə bölüşüb.

Qarabağda döyüşən “Azəriqaz” əməkdaşları

SOCAR-da çalışan rəşadətli igidlər olduqca çoxdur. Hamısı barəsində yazmaq da mümkün deyil. Ancaq onlar Azərbaycanın şanlı qələbə tarixini yazan oğullardılar. Buna görə də bir çoxlarının adlarını qeyd etmək yerinə düşər.

Qürurla adları çəkiləcək igidlərin arasında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin Bərdə xidmət sahəsində anbardar vəzifəsində çalışan Ədalət Süleymanov, “Azəriqaz”ın əməkdaşı, Ordumuzun igid döyüşçüsü İltizar Quliyev, “Azəriqaz”ın Tərtər Regional qaz istismarı İdarəsinin Ağcabədi xidmət sahəsində çalışan Elşən Quliyev, Şuşa uğrunda döyüşlərdə iştirak edən Afik Tağıyevin də adlarını çəkmək olar. Afik “Azəriqaz”ın Şəmkir Regional qaz istismarı İdarəsində böyük mühəndis vəzifəsində çalışır.

Belə oğullar arasında Mənsur İsalı da var. Mənsur Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. O, “Azəriqaz”da qaz kəmərlərinin sökülməsi sahəsində çalışır.

Bu gün bir çox SOCAR əməkdaşı işğaldan azad edilmiş torpaqlarımızda hələ də tarix yazmaqda davam edir. Müharibənin bitməsinə baxmayaraq, onlar hələ də Vətənin keşiyindədirlər. Vətənimiz Azərbaycanın onlar kimi oğulları ilə qüdrətlidir! Azərbaycan bu cür oğulları ilə qürur duyur və onların haqqı heç zaman qaytarılmayacaq.

Qarabağ Azərbaycandır!

Tags: neftçilərQarabağ AzərbaycandırSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.