Şənbə, Noyabr 8, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər

03/12/2020
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Şanlı Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bunun üçün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər və rəşadətli ordumuza cəmi 44 gün vaxt lazım oldu

Sentyabrın 27-də başlayan əks-həmlə hücumları oktyabrın 4-də artıq ilk nəticəsini verdi. Əvvəlcə qorxmaz ordumuz tərəfindən Cəbrayıl, oktyabrın 17-də Füzuli rayonları, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də isə Qubadlı rayonları yağı düşməndən azad edildi.

Noyabrın 8-də Şuşanın azad edilməsi isə xalqımız tərəfindən toy-bayram kimi qeyd edildi. Azərbaycanın göz bəbəyi və incisi olan Şuşanın igidlərimizin əlbəyaxa döyüşləri ilə əldə edilməsi isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Artıq tam olaraq məhv olacağını və darmadağın ediləcəyini anlayan düşmən kapitulyasiya sənədinə qol çəkməyə məcbur oldu. “Böyük Ermənistan” xülyası ilə yaşayan cılız bir ölkə təslimçilik sənədinə imza atdı. Bununla da Azərbaycan Ordusu bir güllə atmadan və itki vermədən noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcəri, dekabrın 1-ində isə Laçın rayonlarını geri qaytardı.

“Qarabağ Azərbaycandır!” deyib birləşən xalq

Bu şanlı tarix hər bir vətəndaşımızın gözləri qarşısında yazıldı. Azərbaycan bir dövlət olaraq bütün dünyaya öz gücünü, varlığını sübuta yetirdi. Azərbaycan bu Vətən savaşı ilə bütövlüyünü və böyüklüyünü bərpa etdi.

Müharibənin ilk günündən xalqla sevincini bölüşən Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” deyirdi. Xalq da II Qarabağ müharibəsində ölkə başçısını – Ali Baş Komandanını dəstəkləyərək bu savaşa bir şüar və bir amalla getdi – “Qarabağ Azərbaycandır!”.

Bu şüar ilə on minlərlə Azərbaycan igidi, oğul və qızları silaha sarılıb işğal altında, erməni tapdağı altında olan torpaqlarını azad etməyə getdi. Müharibəyə yollananlar arasında dövlət qurumlarında çalışan minlərlə vətənpərvər şəxs də oldu.

“Report” Informasiya Agentliyi qəhrəmanları xalqa təqdim etmək məqsədi ilə bir sıra dövlət qurumlarına müraciət etdi. Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, şirkətin 500-ə yaxın əməkdaşı da Qarabağın azad edilməsi üçün səfərbər olublar və Qarabağ uğrunda döyüşdülər…

Müharibənin getdiyi ilk günlərdə xalq arasında bir deyim də yarandı – “Valideynlərinin qucağında Qarabağdan çıxanlar, artıq tank belində Vətənlərinə qayıtdılar”. Qayıtdılar ki, özlərinin sahibi olduqları torpaqları geri qaytarsınlar! Qayıtdılar ki, yeni tarix yazsınlar! Yazdılar da…

Qələbəyə imza atan neftçilər…

II Qarabağ Müharibəsində iştirak edənlərdən biri SOCAR-ın Nəqliyyat İdarəsinin şöbə rəisi, ehtiyatda olan zabit, baş leytenant Aydın Məmmədovdur. Aydın Məmmədov tağım komandiri kimi sentyabrın 27-dən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı Hadrut, Agdərə istiqamətində gedən gərgin döyüşlərdə vuruşub, əks-hücum əməliyyatlarında qələbəyə imza atıb.

Nicat Zeynalov

II Qarabağ müharibəsində iştirak edənlər arasında SOCAR-ın Nəqliyyat İdarəsinin digər əməkdaşı, idarənin böyük mühəndisi, əslən Qərbi Azərbaycandan olan 26 yaşlı Nicat Zeynalov da var idi. Nicat Zeynalov hərbi səfərbərlik elan olunan ilk gündən II Qarabağ savaşında iştirak etdiyinə görə qürurludur. Atıcı əsgərimiz Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmançasına vuruşub. İşğalçılara qarşı amansız olan Nicat Zeynalov qorxmaz əsgər yoldaşları ilə düşməni cavab atəşi ilə susdurmağından fərəhlə danışı

Ürfət Hüseynov

1993-cü ildə Füzuli rayonu işğal olunanda onun 18 yaşı var idi. Bu illər ərzində yurd həsrəti ilə məcburi köçkün adı altında yaşayan qəhrəman bu gün ata yurdu Füzuli ilə yanaşı Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızdandır. 2005-ci ildən SOCAR-ın Geofizika və Geologiya İdarəsində çalışan rhtiyatda olan zabit, leytenant Ürfət Hüseynov taqım komandiri olaraq hazırda Laçında torpaqlarımızı qoruyur.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə vuruşanlardan biri də 2012-ci ildən SOCAR Marketinq və İqtisadi Əlaqələr İdarəsinin Tikinti,Təchizat və Təsərrüfat İşləri şöbəsində mühəndis vəzifəsində çalışan Kamil Səfərov olub. O, sentyabrın 29-da Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən orduya çağrılıb. Tağım komandiri ilk vaxtlardan döyüşlərə qatılıb və Füzulınin Kürd Mahmudlu kəndində təlim keçib.

Kamil Səfərov Cəbrayılın Daşkəsən kəndində strateji ərazinin mühafizəsində, Hadrut qəsəbəsində gedən döyüşlərdə, Xocavənd rayonunun Teraşer, Çakuri və Tuğ kəndlərində döyüş və strateji mövqeyin mühafizəsi və müdafiəsi, xüsusi təyinatlı qüvvələrin şəhid və yaralıların çıxarılmasında iştirak edib. Bununla yanaşı, Kamil Xocavənd rayonunun Meştaqlar, Şuşa yolunda Qırmızı bazar – strateji ərazinin, Xocavənd rayonunda Kiçik Taqavar kəndində 14 şəxsi heyətlə (özü ilə birlikdə) strateji və çətin ərazinin mühafizəsi və mudafiəsini həyata keçirib. O, çətin şəraitə baxmayaraq, tapşırılan bütün döyüş tapşırıqları yerinə yetirilib.

Qulu Allahverdiyev

Qələmi silahla əvəz etdilər

İkinci Qarabağ Müharibəsində qazandığımız Qələbədə yüksək döyüş qabiliyyəti nümayiş etdirən ehtiyatda olan təcrübəli zabit, leytenant Qulu Allahverdiyev isə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin əməkdaşıdır. O hərbi səfərbərlik elan olunan ilk günlərdən – sentyabrın 30-dan ön cəbhədədir, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Qısa zamanda döyüş yoldaşlarının hörmətini qazanan Qulunu arxa cəbhədə dostları və iki azyaşlı körpəsi səbirsizliklə gözləyir.

Qulu Allahverdiyev

“SOCAR Media” qrupunun mütəxəssisi Elşən Qasımov 1993-cü il noyabrın 29-da dünyaya göz açanda ata yurdu Ağdam işğal olunmuşdu. Vətənpərvər neftçimiz torpaqlarımızın işğal altında olması ilə barışmırdı. II Qarabağ savaşında könüllü olaraq döyüşlərə qatılan Elşən Cəbrayıl, Hadrut, Şuşa, Laçın, Xocalı istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib, onlara sarsıdıcı zərbələr endirib.

Elşən Qasımov






Tags: neftçi

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın iki əməkdaşı bədbəxt hadisə nəticəsində həlak olub
Azərbaycan

SOCAR-ın iki əməkdaşı bədbəxt hadisə nəticəsində həlak olub

25/08/2023
Dəniz neftçiləri ilə “Neftçi”  futbol klubu arasında yoldaşlıq görüşü keçirilib
Azərbaycan

Dəniz neftçiləri ilə “Neftçi” futbol klubu arasında yoldaşlıq görüşü keçirilib

10/10/2022
SOCAR rəhbərliyi həlak olmuş neftçilərin xatirəsinə 33 ağac əkib
Azərbaycan

SOCAR rəhbərliyi həlak olmuş neftçilərin xatirəsinə 33 ağac əkib

06/12/2019
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.