Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz” borclarla bağlı vətəndaşlara xəbərdarlıq edib

22/12/2020
“Azəriqaz” borclarla bağlı vətəndaşlara xəbərdarlıq edib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hal-hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir. Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ödədiyi 6 005 ailə üzrə yaranan 5 696 937 manat məbləğində borc da daxildir. Digər borclu abunəçilərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.

Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və yaxud məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 01.11.2020-ci il tarixinə 1 164 709 manat borc yaranıb.

Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması “Azəriqaz”ın maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli qərarının tələbinə əsasən, istehlakçının istifadə etdiyi təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.

Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması nəzərdə tutulub.

Eyni zamanda, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.

Tags: Azəriqazborcmüraciət

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.