Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

25/11/2020
Energetika naziri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul edib


Nazirlikdən “Caspian Barrel”ə verilən məlumata görə, görüşdə bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan Trans-Adriatik Boru Kəməri layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti


Tags: Augusto MassariniPərviz ŞahbazovИталия

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.