Çərşənbə axşamı, İyul 21, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Ukraynanın Lvov şəhərinin sakinlərinə fontan hədiyyə edib

26/10/2020
SOCAR Ukraynanın Lvov şəhərinin sakinlərinə fontan hədiyyə edib
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Ukraynа-Azərbaycan arasında dostluq münasibətləri bu gün iqtisadi müstəvidə də inkişaf etməyə davam edir

“Report” xəbər verir ki, bu yaxınlarda Ukraynanın Lvov şəhərinin qədim hissələrindən birində – Solomiya Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Bale Teatrının qarşısındakı meydanda test rejimində fəvvarə işə düşüb.

Bu, Ukraynada fəaliyyət göstərən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ sosial məsuliyyəti çərçivəsində Lvov sakinlərinə və şəhərin qonaqlarına hədiyyəsi olub.

Lvovda opera teatrının qarşısındakı meydan və fəvvarənin bir ildən artıq davam edən yenidənqurması başa çatıb. Bu müddətdə 10 il bundan əvvəl qurulmuş köhnə fəvvarə demontak edilmiş, yeni texnologiyalara əsaslanan quru fəvvarə layihəsi hazırlanaraq həyata keçirilib. SOCAR-ın xeyriyyə fondu bundan əvvəl Kiyevdə Heydər Əliyev Parkı, İrpendə Dostluq Parkı kimi mədəni-memarlıq layihələrini də maliyyələşdirmişdir. Lvovda köhnə meydanın demontaj xərclərini isə şəhər meriyası ödəyib.

Layihənin əsas məqsədi opera teatrının baş fasadının memarlıq xüsusiyyətlərini nəzərə çarpdırmaqla meydanı müasir və maraqlı bir yerə çevriməkdən ibarət idi. Memarlar qeyri-adi forma seçmişlər. Meydan boynu opera teatrına tərəf uzanmış skripka formasını alıb. Layihənin daha bir xüsusiyyəti ondan ibarətdir ki, fəvvarənin şırnaqları Ukrayna və Azərbaycan bəstəkarlarının məşhur simfonik əsərlərinin musiqisi ilə eyni taktda axır. Günün qaranlıq vaxtlarında fəvvarə RGB LED lampaları ilə işıqlandırılır ki, bu da yaratdığı effektlə yanaşı, həm də şəhər üçün iqtisadi cəhətdən sərfəlidir.

Hazırda fəvvarə test rejimində işləyir. Lakin şəhərin sakinləri və qonaqları artıq ondan zövq alırlar. Lvov sakinlərindən biri deyir: “Mən heyran olmuşam. Biz şəhərimizdə belə bir sənət əsərinin yaranmasından çox məmnunuq. Bütün ailəmiz fəvvarədən zövq almaq üçün buraya gəlib. SOCAR-a çox minnətdarıq. Məncə hər bir Lvov sakini adından təşəkkür edə bilərəm. Bu cür addımlar sübut edir ki, həqiqətən də insanların rahatlığını fikirləşən təşkilatlar var”.

Soyuqlar düşəndə fəvvarə söndürüləcək və şəhər tədbirlərinin keçirilməsində istifadə oluna biləcək piyada zonasına çevriləcək. Fəvvarənin rəsmi açılışı 2021-ci ilin baharına planlaşdırılır.

report

Tags: SOCARUkrayna

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.