Bazar, İyul 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rövnəq Abdullayev: “SOCAR Gürcüstanda sosial sahələrə 100 mln dollara qədər investisiya yatırıb”

21/10/2020
Rövnəq Abdullayev: “SOCAR Gürcüstanda sosial sahələrə 100 mln dollara qədər investisiya yatırıb”
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz sosial məsuliyyətini anlayır

“Report”un məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində “SOCAR Energy Georgia” tərəfindən tikiləcək uşaq bağçasının təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: “Gürcüstan hökumətinə bizə sosial layihələrimizi və investisiyalarımızı həyata keçirmək üçün imkan yaratdığı üçün minnətdaram. Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır”.

Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: “Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib”.

O, SOCAR-ın Gürcüstanda bu işlərin rahat şəkildə həyata keçirməsi üçün hər bir şəraitin yaradıldığı üçün hökumətə minnətdarlığını bildirib.

R.Abdullayev qeyd edib ki, möhtərəm Azərbaycan Prezidentinin şirkət qarşısında qoyduğu əsas vəzifələrdən biri Gürcüstanda yaşayan soydaşlarımızın inkişafı üçün onların imkanlarının genişləndirməkdir: “Bu işdə də biz aktiv işləyirik və çalışırıq. Gürcüstan hökuməti də bu işdə bizə əlindən gələn köməyi əsirgəmir”.

Xatırladaq ki, bu gün Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində SOCAR Energy Georgia tərəfindən tikilcək uşaq bağçasının təməli qoyulub. Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodexi meri Condo Mdivnişvili, Laqodexi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, 100 nəfərlik uşaq bağçasının infrastrukturuna 4 sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcək. Binada məhdud fiziki qabiliyyətə malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulub. Uşaq bağçasının ümumi sahəsi 1 242 kvadratmetrdir. Tikinti işlərinin 8 ay müddətində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaradıb. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı, Gürcüstanda müxtəlif sosialyönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.

report

Tags: GürcüstanRövnəq AbdullayevSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.