Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

OPEC+ razılaşmanın necə yerinə yetirildiyi açıqlandı

20/10/2020
OPEC+ razılaşmanın necə yerinə yetirildiyi açıqlandı
8
BAXIŞ
Share on FacebookShare on Twitter

OPEC+ ölkələrindən 6-sı – Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Bəhreyn, Əlcəzair və Malayziya neft hasilatının azaldılmasına dair razılaşmaya tam əməl edir

“Report” xəbər verir ki, bu barədə OPEC+ Nazirlərinin Monitorinq Komitəsi üçün hazırlanmış məruzədə bildirilir.

Xatırladaq ki, Komitənin dünənki iclasında çıxış etmiş Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirləri – Əbdüləziz bin Salman və Aleksandr Novak neft bazarında vəziyyətin hələ də həssas olduğunu və razılaşmaya tam əməl etməyin vacibliyini dilə gətiriblər. Səudiyyəli nazir həmçinin öhdəliklərini əksik icra edən ölkələrin ilin sonuna qədər bunun əvəzini çıxacaqlarına ümidvar olduğunu bildirib. Məruzəyə görə, bu ölkələr gündəlik hasilatın ixtisarına dair öhdəliklərini məcmu olaraq 2,33 milyon barel “kəsir”lə yerinə yetiriblər. Həmin ölkələr arasında “lider”liyə yiyələnən İraq isə razılaşma müddəti boyu kvotasından artıq – gündəlik 578 min barel neft istehsal edib. Sonrakı yerlərdə 226 min barellə Nigeriya və Qabon, 167 min barellə Konqo, 132 min barellə Birləşmiş Ərəb Əmirlikləri, 95 min barellə Anqola, 38 min barellə Ekvatorial Qvineya, qeyri-OPEC ölkələrindən isə 430 min barellə Rusiya, 246 min barellə Cənubi Sudan, 147 min barellə Qazaxıstan, 22 min barellə Bruney, 14 min barellə Azərbaycan, 8 min barellə Sudan qərarlaşıb.

Qeyd edək ki, OPEC+ formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən, iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Hasilat ixtisarının istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, ən böyük istehsalçı ölkə olan Səudiyyə Ərəbistanı və Rusiya üçün isə gündəlik 11 milyon barel qəbul edilib.

Həmçinin yeni razılaşmada əvəzçilik mexanizmi də nəzərdə tutulub. Yəni neft hasilatının ixtisarına dair öhdəliklərini nöqsanlı icra edən ölkələr bunun əvəzini ilin sonuna qədər çıxmalıdır.

report

Tags: OPEC

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb
Maraqlı Xəbərlər

OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb

06/10/2022
OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?
Maraqlı Xəbərlər

OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?

06/10/2022
Maraqlı Xəbərlər

OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

03/10/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.