Çərşənbə axşamı, Mart 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Goranboyun Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır

20/10/2020
Goranboyun Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq sentyabrın 27-dən qaz təchizatı dayandırılan Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində bu gün baş vermiş fəsadların ləğvi ilə bağlı təmir-bərpa işlərinə başlanılacaq

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, oktyabrın 17-də düşmənin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır.

Xatırladaq ki, ümumilikdə 150 abonentin qazla təminatı məhdudlaşdırılmışdı. Hazırda 100 abonentdən 88-nin qaz təchizatı bərpa edilib, qalan 12 abonentdən 5-nin fərdi yaşayış evləri tamamilə dağılıb, ünvan yoxdur, 7 abonentin fərdi yaşayış evlərinin isə konstruktiv elementləri yararsız vəziyyətə düşüb. Yerdə qalan 50 abonentin qazla təminatı məsələləri bu gün nəzərdən keçiriləcək. İlkin mərhələdə məlum olub ki, bu 50 abonentdən 4-nün fərdi yaşayış evi tamamilə dağılıb və artıq ünvan yoxdur.

Tərtər rayonu üzrə 30 kəndin (6 316 abonent) qaz təchizatı bərpa edilib, Tərtər şəhəri və 21 kənddə isə hələlik məhdudiyyət qalmaqdadır.

Ağcabədi rayonu üzrə 25 yaşayış məntəqəsi, Ağdam rayonu üzrə isə 14 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Yerdə qalanlarında təhlükəsizlik tədbirləri və ya təmir-bərpa işlərinin hələlik aparılması mümkün olmadığından məhdudiyyət tətbiq edilib.

Onu da qeyd edək ki, Füzuli, Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin olunur.

report

Tags: qaz təchizatıTərtər

Eyni kateqoriyadan Digər materiallar

Ermənistan işğal zamanı Azərbaycan ərazisində icazəsiz ən azı 37 su elektrik qurğusu tikib
Azərbaycan

Ermənistan işğal zamanı Azərbaycan ərazisində icazəsiz ən azı 37 su elektrik qurğusu tikib

27/02/2023
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır
Azərbaycan

Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır

05/05/2021
Energetika Nazirliyi: Naxçıvanın qaz təchizatı daha dayanıqlı olacaq
Azərbaycan

Energetika Nazirliyi: Naxçıvanın qaz təchizatı daha dayanıqlı olacaq

15/12/2020
Tərtərin Şıxarx qəsəbəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır
Azərbaycan

Tərtərin Şıxarx qəsəbəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır

25/11/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.