Bazar, İyul 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir

01/10/2020
Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Ermənistanın silahlı qüvvələri mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir. Bu günə olan məlumatlara görə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.

Belə ki, Goranboy rayonunda 35 kV-luq “Gülüstan”, 110/30/10 kV-luq
“Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq “Əzizbəyov”, “2-ci Subartezian” hava xətləri və 2 ədəd transformator vurulub.

Tərtər rayonunda 35 kV-luq “İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-luq “1№-li Hüsənli” hava xətti 9 yerdən, “3 №-li Qaraqoyunlu” hava xətti 11 yerdən, “4 №-li Qaynaq” hava xətti 17 yerdən, “5 №-li Evoğlu” hava xətti 1 yerdən, “10№-li Qapanlı” hava xətti 12 yerdən, “6 №-li Qarağacı” hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətlərinin, eləcə də 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq “6 №-li Şıxarx” hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və dəfələrlə atəşə
məruz qalmış 10 kV-luq “3 №-li AzGes”, “8 №-li Şəhər”, “11 №-li Sarıcalı”, “9 №-li Şəhər”, 1 №-li Qaradağlı” və “4 №-li Seydimli” hava xətləri isə bərpa olunub.

Füzuli rayonunda 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti , 35/10 kV-luq “Mahmudlu” yarımstansiyasından çıxan 10 kV-luq “Qazaxlar” hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdam rayonunda 35 kV-luq “Quzanlı-1”, “Quzanlı-2” hava xətləri, 35/10 kV-luq “Əfətli”, 110/35/10 “Təzəkənd, 35 kV-luq “Xındırıstan” , 35 kV-luq “Baharlı”, 35/10 kV-luq “Baharlı”, 35/10 kV-luq “Ergi-1” və 110/35/10 kV-luq “Ergi” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.

Ağcabədi rayonunda 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “Arazbarı” hava xətti 4 dəfə vurulub və bərpa olunub.

Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq
paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar 27 sentyabr
tarixindən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.

Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun 1 kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti

Tags: Qarabağ müharibəsi

Eyni kateqoriyadan Digər materiallar

Mingəçevirə atılan raketlərdən biri enerji blokunun yaxınlığına düşüb
Azərbaycan

Mingəçevirə atılan raketlərdən biri enerji blokunun yaxınlığına düşüb

05/10/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.