Çərşənbə axşamı, Mart 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ADNSU-da birinci kurs tələbələri ilə görüş

12/10/2020
ADNSU-da birinci kurs tələbələri ilə görüş
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüş koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılma riskinin olduğunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlərin nəzərə alınması, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şəraitində olub.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu il tələbə adını qazanmış gəncləri təbrik edərək ADNSU-nu seçdiklərinə, ali təhsil pilləsində ilk addımlarını bu təhsil ocağından atdıqlarına görə tələbələrə, onların valideynlərinə təşəkkürünü bildirib. Professor Mustafa Babanlı tələbələrə ADNSU-dakı möcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verib. Bildirib ki, universitetdə yaxşı təhsil almaq üçün hər bir şərait yaradılıb. Yetərki, tələbə oxumaq, elm, bilik əldə etmək istəsin, bunun üçün səy göstərsin. Onlayın və ya oflayın (ənənəvi formada) olmasından asılı olmayaraq dərsə ciddi yanaşan, tədris proqramını vaxtında mənimsəyən tələbənin keyfiyyətli elm qazanması, ixtisaslı mütəxəsis kimi formalaşması üçün heç bir maneə yoxdur.

Birinci kurs tələbələri ilə görüş zamanı müasir texnoloji imkanların universitetdə geniş tətbiq olunduğunu vurğulayan professor Mustafa Babanlı bu yeniliklərin tələbələrin təhsilalma şəraitini daha da əlçatan etdiyini deyib. Qeyd edib ki, ADNSU-da yaradılan Unibook – “Elektron Universitet” sistemi dərs vəsaitlətlərinin maneəsiz tələbələrə çatdırılması, onların biliyinin qiymətləndirləməsi və digər bu kimi məsələlərin vahid mərkəzdən idarə edilməsini təmin edən elektron platformadır.

Professor Mustafa Babanlı görüşdə həmçinin tələblərə dünyada, ö cümlədən ölkəmizdə yayılan koronavirus (Covid-19) infeksiyasından qorunmağı tövsiyə edərək tədris zamanı hər bir tələbənin tibbi maskadan istifadə etməsinin, sosial məsafənin gözlənilməsinin və gigiyena qaydalarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin fakültə dekanları – Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək ADNSU-nun tarixi, inkişaf mərhələləri, burada tələbələr üçün yaradılmış şərait, ali təhsil müəssisəndə mövcud olan mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, TEAMS platformasından, müxtəlif formatlı elektron məlumatlardan, fayllardan istifadə qaydaları və digər bu kimi məsələlər haqqında tələbələrə məlumat veriblər, onların suallarını cavablandıblar.

qafqazinfo

Tags: ADNSU

Eyni kateqoriyadan Digər materiallar

ADNSU ilə BP şirkəti arasında çərçivə sənədi imzalanıb
Azərbaycan

ADNSU ilə BP şirkəti arasında çərçivə sənədi imzalanıb

02/06/2022
bp neft universitetinə nəşriyyat evi hədiyyə etdi
Azərbaycan

bp neft universitetinə nəşriyyat evi hədiyyə etdi

26/04/2022
ADNSU ilə SOCAR-STP əməkdaşlıq niyyətindədir
Azərbaycan

ADNSU ilə SOCAR-STP əməkdaşlıq niyyətindədir

06/05/2020
ADNSU-da Çingiz Cuvarlı adına auditoriya açıldı
Azərbaycan

ADNSU-da Çingiz Cuvarlı adına auditoriya açıldı

17/02/2020
Prezident universitetlə bağlı sərəncam imzaladı
Azərbaycan

Prezident universitetlə bağlı sərəncam imzaladı

07/02/2020
ADNSU ilə Qazaxıstan ali məktəbləri arasında əlaqələr genişlənir
Qazaxıstan

ADNSU ilə Qazaxıstan ali məktəbləri arasında əlaqələr genişlənir

15/05/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.