Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR yerli qazın Əfqanıstan gömrüyündə saxlanılmasına münasibət bildirdi

08/09/2020
SOCAR yerli qazın Əfqanıstan gömrüyündə saxlanılmasına münasibət bildirdi

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1599546181908","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1599546181897","source":"other","origin":"gallery"}

1
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın neft məhsulları Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir.

Bu barədə “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Əfqanıstanın özəl şirkətlərdən biri tərəfindən Azərbaycandan idxal olunan 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmir yolu sisternlərindən gedir) maye qazın Əfqanıstan gömrüyündə saxlanılması barədə informasiyanı şərh edərkən bildirib.

Gecikmənin səbəbi kimi maye qazın keyfiyyətsiz olması və Əfqanıstan standartlarına uyğun gəlməməsi göstərilib.

“Heydər Əliyev adına neft emalı zavodumuz Azərbaycanda mayeləşdirilmiş qazın (LPG) əsas hissəsini istehsal edir. İstehsalat standartı 20448-2018-dir və bu standarta görə məhsuldakı butan ən azı 60 faiz olmalıdır, bizim LPG-mizdə isə bu, təxminən 75 faiz təşkil edir. Lakin SOCAR özü bu məhsulun ixracı ilə məşğul deyil. Qaz məhsulun həm ölkə daxilində, həm də ondan kənarda satışını həyata keçirən “MəişətMayeQaz” MMC adlı şirkətə satılır. Bildiyim qədər bu şirkətin özü də məhsulu birbaşa Əfqanıstana ixrac etmir, onu adıçəkilən ölkəyə başqa təkrar alıcılar gətirir. Yəni məhsul, çox güman, son istehlakçıya çatana qədər bir neçə əldən keçir”, – İ.Əhmədov deyib.

KİV-də qeyd olunan hallarla bağlı qeyd olunan keyfiyyət səviyyəsinə toxunan İ.Əhmədov vurğulayıb ki, bu məhsul Azərbaycan Dövlət Neft Şirkətinin zavodunda belə tərkibdə istehsal oluna bilməzdi.

“Sıfır bütan tərkibli LPG yəqin ki yanacaq çatışmazlığı səbəbindən işləməzdi və bu, mütləq şəkildə yerli istehlakçının diqqətini çəkərdi. KİV-dəki informasiya natamam olduğundan ticarət şirkətləri tərəfindən Əfqanıstana göndərilən məhsulun əsas hissəsinin nədən ibarət olduğu aydın deyil, bir halda ki, onun tərkibində bu qədər az həqiqi maye qaz varsa. Məhsul buxarlanmaya məruz qaldığı üçün onu təzyiqli germetik sisternlərdə daşımaq lazımdır. Məhsulun hansı şəraitdə daşındığı, yolda və ya əldən-ələ keçərkən başına nə gəldiyi məlumumuz deyil”, – o söyləyib.

SOCAR nümayəndəsi onu da əlavə edib ki, bir müddət əvvəl Əfqanıstan hökumətinin yüksək vəzifəli şəxsləri Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşlərdə neft məhsulları birbaşa şirkətimizdən almaq istəklərini bildiriblər.

“Onların sözlərinə görə, neft məhsullarımız Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir. Düşünürəm ki, gələcəkdə Əfqanıstan tərəfi ilə birbaşa ticarət əlaqələri qurmağın perspektivi var. O zaman məhsullarımız Əfqanıstana Heydər Əliyev adına neft emalı zavodundan ayrıldığı kimi çatacaq”, – İ.Əhmədov vurğulayıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda “AVRO-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 mln tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən, köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

report

Tags: maye qazƏfqanıstan

Eyni kateqoriyadan Digər materiallar

Еврокомиссия призвала потребителей продолжать сокращать потребление газа
Maraqlı Xəbərlər

Dünya bazarları qaz bolluğu ilə üzləşəcək

02/04/2024
Azərbaycan bu il maye qazın ixracını kəskin azaldıb
Azərbaycan

Azərbaycan bu il maye qazın ixracını kəskin azaldıb

18/05/2022
Rusiyada neftin ixracına olan rüsumlar artıb
Rusiya

Rusiya neft ixracına görə rüsumları azaldır

15/08/2018
Türkmənistan

İŞİD-in Türkmənistanla sərhəd rayonlara hücumu

22/06/2017
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.