Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rövnəq Abdullayev: “SOCAR “Rəqəmsal yataq” layihəsinə start verib”

19/09/2020
Rövnəq Abdullayev: “SOCAR “Rəqəmsal yataq” layihəsinə start verib”
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) planauyğun şəkildə yataqların kəşfiyyatından, karbohidrogenlərin nəqlindən tutmuş son emal prosesinə qədər bütün fəaliyyət sahələrində rəqəmsallaşdırma proqramını uğurla həyata keçirir.

“Report”un məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, xarici tərəfdaşlarla birgə həyata keçirilən layihələr bu uğurların qazanılmasında mühüm rol oynayıb: “Əməkdaşlıq fəaliyyətlərimiz boyunca qiymətli təcrübə əldə edərək qabaqcıl praktikanın mənimsənilməsi üzrə uzun bir yol keçmişik. SOCAR bu gün SAP UFAM əsasında “Rəqəmsal yataq” layihəsinə start verərək neft və qazçıxarma əməliyyatlarını təkmilləşdirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək”.

R.Abdullayev qeyd edib ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, “Caspian Innovation Center” (Xəzər İnnovasiya Mərkəzi), “SAP Digital Business Services” və OIS əməkdaşları tərəfindən mərhələli olaraq həyata keçirilir: “İlk növbədə, əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub. Rəqəmsal platforma itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına, qərarvermənin dəstəklənməsinə, statik və dinamik məhdudiyyətlərin hesablanması üçün daimi fəaliyyətdə olan aktiv modelin  yaradılmasına, bütün biznes obyektlərinin (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektlər və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunmasına və onların pasportlarının, son və cari iş parametrlərinin tərtib edilməsinə imkan verir”.

Onun sözlərinə görə, SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən  müəssisələrində vahid konsepsiya əsasında yüksək texnologiyaların tətbiqi üzrə rəqəmsal yol xəritəsi hazırlanıb və uğurla icra olunmaqdadır: “Yol xəritəsi fəaliyyət istiqamətlərimizi bütövlükdə əhatə edir. Pandemiya şəraitinə baxmayaraq, Heydər Əliyev adına Neft Emalı Zavodunun və “Azərikimya” İstehsalat Birliyinin qrafikə uyğun olaraq davam etdirilən modernizasiya prosesləri çərçivəsində həyata keçirilən layihələrə verilən mütləq tələblərdən biri də tikinti-quraşdırma və yenidənqurma işlərinin ən mütərəqqi texnoloji səviyyədə həll edilməsidir”.

 report


Tags: Rövnəq AbdullayevRəqəmsal yataqSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.