Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov: “Bu günə qədər AÇG-dən 516 mlyon ton neft hasil olunub”

18/09/2020
Pərviz Şahbazov: “Bu günə qədər AÇG-dən 516 mlyon ton neft hasil olunub”
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslər cərəyan edir

“Report”un Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi məlumata görə, bunu  Energetika naziri Pərviz Şahbazov bu gün YAP İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda keçirilən videokonfransda bildirib.

Onun sözlərinə görə, bəşəriyyəti yeni çağırışlarla üzləşdirən koronavirus (COVID-19) pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir: “Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi həm də enerji siyasətini müasir tələblərə uyğunlaşdırması, yeni geosiyasi reallıqlar, iqtisadi, enerji və ekoloji təhlükəsizlik çağırışları şəraitində enerji mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamasından asılı olacaq. Bu bağlılıqda “Əsrin müqaviləsi” və onun yol açdığı konkret layihələr vasitəsilə ölkəmizin milli təhlükəsizliyini qlobal təhlükəsizlik formulları ilə əlaqələndirən kursun mühüm rol oynayacağı gözləniləndir”.

Nazir bildirib ki, istismara veriləndən bu ilin sentyabr ayına qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 516 milyon ton neft hasil olunub, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac edib, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 48 milyard kubmetrdən çox səmt qazı verilib, ümumilikdə layihə hesabına 145,8 milyard ABŞ dolları gəlir əldə edilib: “Yataqların 2050-ci ilə qədər işlənilməsi, yeni layihələrə başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək imkanı verəcək. “Azəri-Çıraq-Günəşli” yataqlarının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını nəzərə aldıqda apstrim əməliyyatlarında davamlılıq strateji əhəmiyyət daşıyır. Neftə qlobal tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji tranformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpa olunan enerjiyə üstünlük verən strategiyalar qəbul etdiyi vaxtda belə bir müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır”.

report

Tags: Energetika nazirliyiPərviz ŞahbazovSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.