Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

OPEC-in baş katibi: Gələn ilədək neft bazarında cüzi canlanma olacaq

16/09/2020
OPEC-in baş katibi: Gələn ilədək neft bazarında cüzi canlanma olacaq
6
BAXIŞ
Share on FacebookShare on Twitter

2021-ci ilə qədər qlobal neft bazarında cüzi canlanma müşahidə ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo sentyabrın 16-da OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Birgə Texniki Komitəsinin (JTC) videokonfrans formatında keçirilən 44-cü iclasında deyib.

“Bu, tələbat artımı gözləntiləri ilə əlaqələndirilir və “Əməkdaşlıq Bəyannaməsi” üzrə istehsal kvotalarına düzəlişlərlə dəstəklənir”, – deyə o bildirib.

OPEC-in baş katibi mövcud problemlər qarşısında səbir göstərməyi məsləhət bilib. “Yadda saxlamalıyıq ki, bərpa prosesi iqtisadiyyatın və xüsusilə də neft bazarının cari il yaşadığı tənəzzül qədər sürətli olmayacaq. Qeyri-müəyyənliyi nəzərə alaraq, sayıq qalmalıyıq”, – deyə M.Barkindo vurğulayıb.

Qeyd edək ki, JTC “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinə (JMMC) neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verir. JMMC-nin növbəti iclası sentyabrın 17-də videokonfrans formatında keçiriləcək.

Xatırladaq ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

Tags: Məhəmməd Sanusi BarkindoOPEC

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb
Maraqlı Xəbərlər

OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb

06/10/2022
OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?
Maraqlı Xəbərlər

OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?

06/10/2022
Maraqlı Xəbərlər

OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

03/10/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.