Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

EMTA qaz sayğaclarını yoxlamağa başlayıb

24/09/2020
EMTA qaz sayğaclarını yoxlamağa başlayıb
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Enerji Məsələlərini Tənzimləmə Agentliyi qaz sayğaclarının dövlət yoxlanılmasının monitorinqinə başlayıb.

Bu barədə “Report”a Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 10-dan etibarən “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya departamentində qaz sayğaclarının dövlət yoxlanılmasını həyata keçirən mühəndislərin işi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri tərəfindən monitorinq edilir. Energetika Nazirliyinin müvafiq əmri ilə monitorinqlərin aparılması məqsədilə Nazirlik, Agentlik və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən monitorinqin aparılmasında məqsəd “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya departamentinin nəzdində fəaliyyət göstərən “Sayğacların müayinəsi laboratoriyası”nın “Sayğacların ekspertizası şöbəsi”nin və “Sayğacların təmiri və xidmət sahəsi”nin işinin daha aşkar şəkildə təşkil edilməsidir. 

Onun sözlərinə görə, Agentlik energetika sahəsində vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması üçün sayğacların sınağı, onlara texniki baxışın keçirilməsi, istismar vəziyyətinin yoxlanılmasında iştirak edir və bu nəticələrin obyektiv qiymətləndirilməsi və sənədləşdirilməsini aparır. O deyib ki, monitorinq prosesi zamanı şəffaflığın qorunması məqsədilə, Agentliyin mütəxəssisləri laboratoriya otaqlarına sərbəst daxil olur,  yoxlamanın bütün mərhələlərində məhdudiyyət olmadan monitorinq aparır. Monitorinq vətəndaşların hüquqlarının qorunması baxımından da əhəmiyyət daşıyır.  

P.Əliyev vurğulayıb ki, monitorinq qaz təchizatı prosesində istehlakçıların hüquqlarının qorunması və daha əvvəl də qeyd etdiyim kimi, şəffaflığın artırılması məqsədilə aparılır. Ən əsası isə istehlakçı öz arzusu ilə sayğacların dövlət yoxlanılmasını həyata keçirən laboratoriyaya gələrək prosesdə iştirak edə bilir. Bu monitorinqlərin mərkəzində istehlakçı məmnuniyyəti dayanır. 

Agentlik istehlakçı məmnuniyyətini artırmaq üçün qaz təchizatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə nəzarət edir, istehlakçılardan daxil olan müraciət və şikayətlərə vaxtında baxır və mütəmadi olaraq bu barədə ictimaiyyəti məlumatlandırır.

report

Tags: AzəriqazEMTAqaz sayğacları

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.