Çərşənbə axşamı, İyul 21, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb

30/09/2020
Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb
12
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 9,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 153 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 milyon ABŞ dolları və ya 9,7 faiz azalıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Bu ilin ilk səkkiz ayı ərzində Rusiyaya 450,3 milyon ABŞ dolları, Türkiyəyə 226,9 milyon ABŞ dolları, İsveçrəyə 138,5 milyon ABŞ dolları, Gürcüstana 92 milyon ABŞ dolları və Çinə 32,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (78,6 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 376,3 milyon ABŞ dolları, pambıq lifi ixracı 77,6 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,6 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixracı 52,4 milyo ABŞ dolları, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,5 milyon ABŞ dolları, mis və ondan hazırlanan məmulatların ixracı 12,5 milyon ABŞ dolları, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,5 milyon ABŞ dolları, pambıq ipliyi ixracı 11,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 8,4 milyon ABŞ dolları, şəkər ixracı 11,5 milyon ABŞ dolları, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15 milyon ABŞ dolları, çay ixracı 6,2 milyon ABŞ dolları təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 28,9 faiz, çay ixracı 0,2 faiz artıb.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 118,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 15,8 faiz təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 4,3 faiz çoxdur. 2020-ci ilin avqust ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 21,1 faiz, qeyri-yeyinti sektoru üzrə isə 78,8 faiz təşkil edib.

Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (31,7 milyon ABŞ dolları), İsveçrəyə (31 milyon ABŞ dolları), Türkiyəyə (21,9  milyon ABŞ dolları), Gürcüstana (7,8 milyon ABŞ dolları) və Əfqanıstana (2,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (28 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (5,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

report

Tags: Azərbaycanixracqeyri-neft

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.