Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq”

26/08/2020
“Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq”
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“Forbes” nəşrinin təhlilində təbii ehtiyatların ixracından asılı olan bir sıra ölkələr kimi, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft və qaz sektorunun qlobal koronavirus pandemiyasından təsirləndiyi qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, neft məsələləri üzrə təhlilçi İlham Şaban “BBC”yə açıqlamasında pandemiyanın Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a təsirlərindən danışıb. Onun sözlərinə görə, SOCAR-ın maliyyə vəziyyəti qarşıdan gələn illər ərzində yaxşılaşmağa doğru getdiyi bir halda, pandemiyanın təsirindən iflas ehtimalı inandırıcı görünmür:

“SOCAR hazırda ümumi dəyəri 500 milyon dollardan az olan neft satırsa, onun işə salınacaq layihələri şirkətin gəlirlərini əhəmiyyətli şəkildə artıracaq. Eləcə də, SOCAR-ın işə salacağı və modernizasiya etdiyi şirkətlər ona aviasiya kerosini, avro-5 dizeli, benzin satmaq üçün əlavə imkanlar verəcək. SOCAR maksimum 3 ildən sonra xarici bazarda 2 milyon ton yanacaq sata biləcək. Onun bu sahədə gəliri 2 dəfə artaraq, 1 milyard dollara çatacaq. Mən daha başqa layihələrdən danışmıram”.

İ. Şaban, həmçinin Azərbaycanda dövlət şirkətlərinin özəlləşdirilməsi meyilləri fonunda SOCAR-ın özəlləşdirilməsinin mümkün olub-olmamasından danışıb. Təhlilçi qeyd edir ki, məhz “Forbes”in Azərbaycanın ümumi daxili məhsulunun 40 faizinin neft və qazdan əldə edilməsi, bunun da hökumətin büdcə gəlirlərinin üçdə ikisini və ixrac gəlirlərinin 80 faizini təşkil etməsi ilə bağlı açıqladığı rəqəmləri nəzərə almaq kifayətdir: 

“Həmin rəqəmləri nəzərə almaqla, büdcənin əsas gəlir mənbəyi olan SOCAR-ın özəlləşdirilməsini təsəvvür etmək qeyri-real görünür. Çünki kim harada çətinə düşərsə, hökumətə müraciət edir ki, SOCAR-dan kömək alsın. SOCAR sanki bir xilasedici “çubuq” rolunda çıxış edir. SOCAR lazımı anda dövlətə, dövlət də SOCAR-a dəstək verir. Yəni, SOCAR və hökumət iqtisadiyyatda “Siam əkizləri” kimi bir şeydir. Onları ayırmaq olmayacaq”.

İlham Şaban bildirir ki, SOCAR-ın büdcəyə ödənişləri və qlobal neft qiymətləri arasında mütənasiblik yoxdur və neftin qiymətindən asılı olmayaraq, SOCAR-ın büdcəyə ayırdığı vəsaitin həcmi dəyişməz qalır. Buna görə də hökumət “işıldayan aktivi”saydığı SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq:

“Hökumət SOCAR-a deyə bilər ki, sən effektivliyini artır. Amma hökumət başa düşür ki, o, SOCAR-sız keçinə bilməz”.

qafqazinfo

Tags: İlham ŞabanSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.