Cümə axşamı, İyun 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR insan resurslarının inkişafı proqramını müzakirə edib

28/07/2020
SOCAR insan resurslarının inkişafı proqramını  müzakirə edib
14
BAXIŞ
Share on FacebookShare on Twitter

On-line görüşdə qeyri-hökumət təşkilatı nümayəndələri, kütləvi informasiya vasitələri təmsilçiləri və ekspertlər iştirak ediblər

Bu gün SOCAR-da insan resurslarının idarə edilməsinə dair vieokonfrans formatıntında görüş keçirilmişdir. 

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov pandemiya dövründə dünya neft bazarında stabilliyin bərpa olunması məqsədilə Azərbaycanın “OPEC+” ölkələrinin Əməkdaşlıq Bəyannaməsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərindən bəhs edərək bildirmişdir ki, hasilatın azaldılması üçün bir sıra yataqların fəaliyyəti müvəqqəti dayandırılmışdır.

SOCAR vitse-prezidenti: “OPEC+ öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq SOCAR-ın bir sır yataqlarında hasilat müvəqqəti olaraq dayandırılıb”.

Yataqların fəaliyyətinin dayandırılması nəticəsində boşdayanmaya yol verilən müəssisələrdə işçilərin müvafiq təlimlərə cəlb edilməsi və həmçinin kompleks qiymətləndirmə vasitəsi ilə yüksək potensiallı işçilərin müəyyən edilməsinin vacibliyini qeyd etmişdir.

X.Məmmədov boşdayanma zamanı işçilərin müraciətləri nəzərə alınmaqla SOCAR-ın daxili tələbatına uyğun vakansiyalar üzrə yerləşdirilməli olduğunu vurğulamışdır.

Birbaşa iş yerlərinin dəyişməsi mümkün olmayan işçilər üçün ixtisasartırma və bəzi hallarda ikinci ixtisasa yiyələnmə məqsədi ilə silsilə təlimlərin keçirilməsi planlaşdırılmışdır. İşçilərin ixtisasartırma və ixtisasdəyişmə proqramlarına cəlb olunmasının yalnız COVİD-19 pandemiyasının təsiri, yaxud dünyada neftə tələbatın azalması ilə  deyil, həm də dördüncü sənaye inqilabının yaratdığı çağırışlarla əlaqədar  labüdləşdiyi vurğulanmış,  onların fərdi inkişaf potensialının ən optimal şəkildə reallaşdırılması üçün bu proqramın tam ədalətli şəkildə həyata keçirilməsi, prosesin şəffaflığının təmin olunmasının əhəmiyyəti xüsusi qeyd edilmişdir.

Caspian Barrel SOCAR-ın mətbuat xidməinə istinadən xəbər verir ki, görüşdə şirkətin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli geniş təqdimatla çıxış etmiş, 2019-cu ildə SOCAR-ın insan resursları sahəsində əsas fəaliyyət göstəricilərindən, insan resurlarının transformasiya proqramından bəhs etmişdir.

Qeyd olunmuşdur ki, daha səriştəli personalın müvafiq struktur bölmələrində saxlanılması və inkişaf etdirilməsi, boşdayanma olduğu halda işçilərin səriştəsinə uyğun digər vakansiyalar üzrə yerləşdirilməsi, bu proseslərdə obyektivliyin  təmin edilməsi  şirkətin əsas hədəflərindəndir.  İşçilərin kompleks qiymətləndirilməsinin, əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, ixtisas  (təhsil və staj) və peşəkarlıq  (səriştənin qiymətləndirilməsi və test nəticələri) meyarları əsasında aparılacağı,  işə qəbulun yekun seçim mərhələsinin təşkili və keçirilməsi prosesinin isə mərhələli şəkildə müəssisələrə ötürüləcəyi bildirilmişdir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki,  karantin dövründə SOCAR  işçilərinin 29%-i vəzifə fəaliyyətlərini “evdən iş” üsulu ilə yerinə yetirmiş, bu dövrdə 4 müəssisə üzrə səriştələrin idarə edilməsi prosesinə start verilmiş, rəhbər işçilərə maarifləndirmə təlimləri keçirilmişdir.

Məsafədən işləmə ilə bağlı təlimat hazırlanmış, əməkdaşlar karantin şərtləri və daxili qaydalar barədə  məlumatlandırılmışdır. Bu dövrdə 80 təlim mövzusu üzrə 125 onlayn vebinar sessiyası keçirilmiş, vebinarlarda 6500-dən çox əməkdaş iştirak etmişdir.  Görüşün sonunda QHT nümayəndələri onları maraqlandıran suallarla şirkət rəsmilərinə müraciətlər etmiş, fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, 2019-cu il ərzində SOCAR-ın təlim mərkəzlərində keçirilmiş  ixtisasartırma, yenidənhazırlanma, maarifləndirmə  təlimlərində minlərlə dinləyici iştirak etmiş, elan olunmuş vakansiyalar üzrə müsabiqə yolu ilə 1500-ə yaxın yeni işçi qəbul edilmişdir.

Pandemiya dövründə onlayn vebinar formatına üstünlük verilmiş, bunun nəticəsində bu ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə təlim iştirakçılarının sayı  60%-dən çox artmışdır.

Xatırladaq ki,  aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. Nəticədə “Azeri Light” markalı neftin bir barrelinin qiyməti tarixdə qeyd olunmuş ən aşağı səviyyədən (15,81 ABŞ dolları) yüksələrək, artıq 45 ABŞ dolları səviyyəsinə qalxmışdır. Bununla belə, dünya bazarlarında pandemiya ilə əlaqədar qeyri-müəyyən şəraitin hələ bir müddət davam etməsi proqnozlaşdırılır. Bu da neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün OPEC+ formatı çərçivəsində hasilatın məhdudlaşdırılması tədbirlərinin hələ bir müddət davam etdirilməsini labüdləşdirir.


Tags: SOCARXalik Məmmədov

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.