Bazar ertəsi, İyun 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Koronavirus pandemiyasının Tacikistan iqtisadiyyatına təsirləri

07/07/2020
Koronavirus pandemiyasının Tacikistan iqtisadiyyatına təsirləri
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Koronavirus pandemiyası Tacikistan iqtisadiyyatına böyük ziyan vurur.

Dünya Bankının məlumatına görə, Tacikistan iqtisadiyyatı bu il çökmə nümayiş etdirəcək. Bu nüfuzlu maliyyə qurumunun proqnozlarına görə, ölkədə Ümumi Daxili Məhsilun 2 faiz azalması gözlənilir.

Qeyd edək ki, Tacikistanın İqtisadiyyat Nazirliyi 2020-ci ildə iqtisadi artımın beş faiz olacağını proqnozlaşdırmışdı.

Tacikistan iqtisadiyyatı üçün bu gün əsas təhlükə əmək miqrantlarının pul köçürmələri ilə bağlıdır.

Tacikistan Prezidenti bu ilin mart ayında Beynəlxalq Valyuta Fonduna etdiyi müraciətdə Rusiyadan pul köçürmələrinin 50 faiz azaldığını qeyd etmiş və keçən illə müqayisədə köçürmələrin 80 milyon dollar azaldığına diqqəti çəkmişdi. Tacikistandakı hər dördüncü ailənin qazancı əmək miqrantlarının göndərdirdiyi vəsaitə bağlıdır.

Prezident Raxmon Dünya Bankına müraciətində koronavirus pandemiyasından ola bilən zərərin təqribən 650 milyon dollar olduğunu qiymətləndirmişdi.

Rəsmi statistikaya görə, bu ilin may ayında idxal və ixrac kəskin şəkildə azalıb. Tacikistan Statistika Agentliyinin məlumatına görə, ölkədən ixrac yalnız 40 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azdır. Tacikistana idxal isə cəmi 195 milyon dollar olub ki, bu da ötən illə müqayisədə 32 faiz azdır.

Xatırladaq ki, yalnız 30 apreldə Tacikistan ölkədə koronavirusun olduğunu etiraf etdi. Ölkədə bu müddətdə heç bir karantin tətbiq olunmadı, yalnız qeyri-ərzaq bazarları və qeyri-istehsal xidmətləri müvəqqəti fəaliyyətlərini dayandırdı. Bununla yanaşı, rəsmi Düşənbə dövlətin maliyyə imkanlarının məhdud olduğunu və buna görə də hökumət digər ölkələr kimi karantin tətbiq edə bilmədiyini söylədi.

Tacikistanda 5 iyul tarixinə koronavirus COVID-19 olan xəstələrin sayı 6 213 nəfərdir.

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyinin məlumatına görə, 2019-cu ildə Tacikistanın ixracatı 1,2 milyard dollar, idxalı 3,3 milyard dollar təşkil edib.

2019-cu il üçün Ümumi Daxili Məhsulun həcmi 7.9 milyard dollar təşkil etmişdir. Respublikanın əhalisi 9.5 milyon nəfərdir. Dollar ifadəsində Tacikistanın adambaşına düşən ÜDM-i təxminən 840 dollar olub.

Hökumət Tacikistanın cari il üçün 8 milyard dollarlıq ÜDM-i planlaşdırılmışdı.

Tags: Düşənbəmiqrant gəlirləriTacikistan

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.