Bazar, May 25, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz”: Təbii qaz itkilərində 1,3 faiz azalma var

21/07/2020
“Azəriqaz”: Təbii qaz itkilərində 1,3 faiz azalma var
1
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəriqaz” İstehsalat Birliyi cari ilin 6 ayının yekunlarına dair hesabatını açıqlayıb.

Ruslan Əliyev
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Birlikdən AZƏRTAC-a bildirilib ki, hesabat rəhbər heyətin, struktura daxil departament, idarə və şöbələrin, eləcə də Bakı və Sumqayıt şəhəri, ayrı-ayrı bölgələri əhatə edən regional idarələrin rəhbər şəxslərinin onlayn kollegiya iclasında müzakirə olunub. “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev ümumilikdə yanvar-iyun ayları ərzində nəticələrin qənaətbəxş olduğunu bildirib. Lakin həlli vacib olan, gecikdirilmədən icrasına zərurət tələb edən bir sıra məqamları da diqqətə çatdırıb. O, koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə birliyin səylə çalışdığını, abonentlərin müraciətlərinin vaxtında, qüsursuz icra edildiyini bildirib. Sonra “Azəriqaz” rəsmiləri ayrı-ayrı sahələri əhatə edən 6 ayın yekunlarından söz açıblar.

Bildirilib ki, cari il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 milyard 738,5 milyon kubmetr qaz qəbulu nəzərdə tutulub. Bu həcmin 3 milyard 978,3 milyon kubmetri artıq 6 ay ərzində qəbul edilib. Ötən illə müqayisədə 40,7 milyon çox qaz qəbul edilib ki, bu da daha 36 min 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır. Bundan başqa karantin rejimi dövründə də əksər abonentlər evdə olduğundan bəzən havaların soyuq keçdiyi günlərdə qaz sərfiyyatında artım müşahidə olunub. Ümumilikdə hazırda iyul ayının 1-nə olan statistikaya görə birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir.

Ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 faiz azalma var. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.

2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. Altı ay ərzində 583,1 kilometr uzunluğunda yeni qaz xətti çəkilib, 57 ədəd qaz tənzimləyicisi, 58 ədəd müxtəlif diametrli siyirtmə və rəzələr quraşdırılıb. Plan üzrə 1125 qaz xəttindən 386-sı kipliyə sınaq olunub. Yanvar-iyun aylarında 41 min 979,5 metr yeraltı, 111 min 748,3 metr yerüstü qaz kəmərlərinə texniki baxış aparılıb. Bundan başqa 96 min 942 qaz sayğacı dövlət yoxlamasından keçirilib ki, bu da 2020-ci il üçün planlaşdırılan yoxlamanın 66 faizini təşkil edir.

“104 Operativ Xidmət” şöbəsi 6 ay ərzində 574 min 697 müraciət qəbul edib. Müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb. “104 Operativ Xidmət”in fəaliyyətini dəyərləndirmək üçün cari ilin iyun ayı ərzində sosial şəbəkədə aparılmış anket-sorğunun nəticəsinə əsasən respondentlərin müxtəlif suallar ətrafında xidmətdən razılığı 82-91 faiz arasında dəyişib. “ASAN Kommunal”, “ASAN xidmət” və “KOB Evi” mərkəzləri vasitəsilə 6 ayda 121 min 733 müştəri müraciətinə baxılıb.

azertag

Tags: AzəriqazRuslan Əliyev

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
Azərbaycan 2022-ci ildə qazı hansı qiymətə ixrac edir?
Azərbaycan

“Azəriqaz” ölkə üzrə istehlak edilən qazın həcmini açıqlayıb

03/11/2023
ЕК назвала стоимость энергозависимости от России -€300 млрд
Azərbaycan

“Azəriqaz” 2021-ci ildə 590 milyon manat məbləğində qaz alıb

28/12/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Azərbaycan

Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

21/05/2025
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.