Çərşənbə, Oktyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz” ölkəyə smart-kart tipli müasir sayğaclar gətirib

09/07/2020
“Azəriqaz” ölkəyə smart-kart tipli müasir sayğaclar gətirib
17
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəriqaz” İstehsalat Birliyi ölkəyə smart-kart tipli müasir sayğaclar gətirib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, ötən il smart-kart tipli sayğacların alınmasına dair keçirilən açıq müsabiqədə (tender) qalib gələn Almaniyanın “Zenner” şirkətinin istehsalı olan smart-kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib. Yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların sınaqlarına başlanılacaq.

Məlumat üçün bildirək ki, bu günə qədər istismarda olan smart-kart tipli sayğacların istehsalçısı Fransanın “Itron-Gallus” şirkəti son açıq müsabiqədə qalib gəlməyib. Almaniyanın “Zenner” şirkətinin təqdim etdiyi bəzi məqamlar diqqət çəkib və onlar üstünlük qazanıb. Belə ki, innovativ texnologiyalara inteqrasiya, təklif olunan münasib qiymət sərfəli şərtlər kimi qəbul olunub. Bundan başqa “Azəriqaz” İB-nin mütəxəssislərinin tövsiyələrinə də adı çəkilən şirkət müsbət reaksiya verib.

Hazırda Bakıya gətirilən yeni smart-kart tipli sayğaclarda təmin olunan texniki tələblər aşağıdakılardan ibarətdir: Əvvəlki istehsalçıdan fərqli olaraq “Zenner” qaz ölçü qurğularının proqram təminatını “Azəriqaz” İstehsalat Birliyinə təhvil verəcək. Üzərində son tamamlanma işləri aparılan Milli Proqram yeni sayğaclarda baş verməsi ehtimal olunan istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradır. Bu proqram əsasında bundan sonra da istənilən şirkətlə əməkdaşlıq edilərsə, texniki idarəetmə imkanları Birlikdə qalacaq. Hər bir sayğacın kartı üzərində gələcək. Qurğu abonentin ünvanında quraşdırılarkən kartın tanıdılması yerində icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə – məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq.

Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib. Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsilə aparılır. Məsələn, balans artırılarkən “A” düyməsi basılır, kart sayğaca yaxınlaşdırılır və “B” düyməsi basılmaqla vəsait sayğaca yüklənilir. Bundan başqa əvvəlki smart kartlardan fərqli olaraq yeni sayğacların kartlarında məbləğ qaldığı halda belə 5 dəfə ardıcıl yükləmə aparmaq mümkündür. Yəni, əgər kartınızda 5 manatlıq vəsait varsa, onun üzərinə daha 5 manatın yüklənməsi üçün əvvəlki məbləğin sayğaca boşaldılmasına ehtiyac qalmır.

Kredit qaz həcminin alınması da sadə üsulda icra edilir. Menyuda uyğun bölmə seçildikdən sonra bir toxunuşla kredit götürülür və dərhal sayğacın klapanı açılır. Bunun üçün başqa menyulara daxil olub hər hansı əlavə əməliyyat yerinə yetirilmir. Daha bir fərqli cəhət klapanın açılması üçün əvvəlki sayğaclardakı kimi kipliyə yoxlanışa tələb olunan 190 saniyə geri sayım bu sayğaclarda yoxdur.

Yeni smart-kartlar əməliyyatların arxivləşmə mənbəyi kimi də mühüm rola malikdir. Belə ki, smart-kart həm ödəniş və borclar, həm də nasazlıqlar barədə mərkəzi bazaya məlumatların ötürülməsi üçün əsas vasitə olacaq.

Qeyd edək ki, yeni sayğaclar barədə mütəmadi olaraq videogörüntülü materiallar hazırlanaraq birliyin sosial şəbəkə ünvanlarında və mətbuatda ardıcıl yayımları təşkil ediləcək. Pilot layihənin icrası zamanı ortaya çıxan bəzi məqamlar müvafiq komissiyanın rəyindən sonra istehsalçı şirkətlə bir daha müzakirə edilə bilər.

Nəzərinizə çatdıraq ki, “Azəriqaz” İstehsalat Birliyi smart-kart tipli sayğacların alışından tam imtina etməyib. Çünki çoxmərtəbəli binalarda yalnız smart-kart tipli sayğaclar quraşdırılır. Mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir.

azertag

Tags: Azəriqazsmart-kart

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.