Bazar, Sentyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz” mühüm layihənin icrasina start verdi

30/06/2020
“Azəriqaz” mühüm layihənin icrasina start verdi
9
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəriqaz” İstehsalat Birliyi 2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair böyük bir layihənin icrasına başlayıb.

Belə ki, uzun illər istismar olunduqca müxtəlif səbəblərdən torpaq üstünə düşmüş 260 km-ə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması planlaşdırılır. Bununla da belə kəmərlər korroziya təhlükəsindən xilas edilməklə əvvəlki kimi istifadəyə qaytarılacaq.

Caspian Barrel “Azəriqaz” İB-nə istinadən xəbər verir ki, 2020-ci ilin əvvəlindən reallaşdırılmaqda olan proqram çərçivəsində artıq bir neçə yerdə işlər tamamlanıb.

Ramana qəsəbəsinin bir hissəsi, Yeni Ramana, mədən ərazilərindəki yaşayış yerləri, Sabunçu qəsəbəsinin bir hissəsini əhatə etməklə 8-10 min abonentin qazla təminatı üçün nəzərdə tutulan diametri 273 mm olan orta təzyiqli “Ramana-Zabrat” qaz xətti, bu xəttin Şuşa şəhərciyi istiqamətində olan 1700 metrlik hissəsi dayaqlar üzərinə qaldırılıb.

Qaradağ rayonunda Umbakı qəsəbə sakinlərinin və həmin yerdəki xəstəxananın qaz təchizatında mühüm rolu olan 159 mm diametrində daşıyıcı “Səngəçal-Umbakı” qaz xəttinin 16 kilometrlik hissəsi də əvvəlki görkəminə qaytarılıb.

Qobustan qəsəbəsindəki “Yol evi” adlanan yaşayış massivini təbii qazla təmin edən qaz kəmərinin 3500 metrlik hissəsi, Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz kəməri də dayaqlar üzərinə qaldırılıb. Sonuncu dəfə bu istiqamətdə görülən işlər isə Cəlilabad və Tərtər rayonu ərazilərində icra olunub.

Qeyd edək ki, qaz xətlərinin dirəklər üzərindən düşməsi ərazidəki avtomobil yolunun müxtəlif vaxtlarda genişləndirilməsi, asfalt qatının tədricən qaldırılması və digər təsirlərin (beton dayaqların ovularaq sıradan çıxması, yamac hissələrdə dayaqların aşması və s.) nəticəsində baş verir.

Əgər həmin yerlərdə torpaqlarda şoranlıq müşahidə edilərsə, qaz xəttinin korroziyaya uğraması da qaçılmazdır. Beləliklə, kəmər torpaqdan və pasdan təmizlənib, əvvəlcə korroziyaya qarşı, daha sonra parlaq boya ilə rənglənib və dəmirbeton dayaqlar üzərinə qaldırılır. Bundan sonra qaz xətlərinin istismar müddəti təqribən 10-15 il uzanır.

“Azəriqaz” İstehsalat Birliyinin 2020-2021-ci illər üzrə payız-qış mövsümünə hazırlıq proqramı çərçivəsində 260 km-ə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması, 340 km-ə yaxın qaz xəttinin isə rənglənməsi nəzərdə tutulur.

Tags: "Азеригаз"Azəriqaz

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.