Cümə axşamı, Sentyabr 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azəriqaz istixanaların borcunu dilə gətirdi

18/06/2020
Azəriqaz istixanaların borcunu dilə gətirdi
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə 50-dək istixana sahibi ilə onlayn görüş keçirilib.

Görüşdə müxtəlif qurumların nümayəndələri ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov, eləcə də birliyin daha 3 məsul şəxsi iştirak edib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə sahibkarlar istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi və digər istiqamətlərdə fikirlərini səsləndiriblər. Onları maraqlandıran suallara elə yerindəcə operativ cavab verilib.

“Azəriqaz” İB-nin baş direktoru bildirib ki, istixana sahibləri ilə mövsümün əvvəlində 2019-cu ilin noyabr ayında istər regionlarda, istərsə də Bakı şəhərində bir neçə dəfə görüş keçirilib. Bundan başqa ötən ay onlayn vətəndaş qəbuluna Şəmkir rayonundan olan istixana sahibləri də qoşulub.

Bu görüşlər zamanı borclu sahibkarlara köməklik göstərilməsi, hətta məhsul əldə olunana qədər ödənişlərin aparılmasında vaxt baxımından müəyyən güzəştlərin edilməsi kimi məsələlər diqqətdə saxlanılıb. Lakin buna baxmayaraq, istixana sahibləri mövsümün əvvəlində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyib və istifadə etdikləri təbii qazın dəyərinin müəyyən bir hissəsi istisna olmaqla əvvəlki illərdən qalan borclarını ödəməyiblər.

Hazırda təkcə Şəmkir rayonu üzrə istixanaların “Azəriqaz” İstehsalat Birliyinə 12 milyon 88 min manat borcu var. Bu məbləğin 6 milyon 954 min manatı 2019-2020-ci il mövsümü üzrə istifadə olunmuş qaza görə yaranıb.

Bakı şəhəri və Salyan rayonunda fəaliyyət göstərən istixana sahibləri ödənişi 83 faiz yerinə yetiriblər. Şəmkir rayonunda isə bu göstərici kritik durumdadır və bu günə ödənişlər 56 faiz təşkil edir.

R.Əliyev istixana sahiblərinin borclarını ödəmədikləri halda növbəti isitmə mövsümündə onların istixanalarına təbii qazın verilməsində problemlərin yaranacağını da istisna etməyib.

Onlayn konfransın sonunda araşdırılması tələb olunan digər məsələlər baş direktorun tapşırığı ilə konfransa qoşulan birliyin məsul şəxsləri tərəfindən nəzarətə götürülüb.

Tags: Azəriqazqaz istehlakıqaza görə borc

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.